Dizlərdə ağrıların səbəbi və onların müalicə üsulları

loading...

Diz ağrıları ilə həkimə həm artritdən əzab çəkən yaşlı insanlar, həm fiziki məşqlərdən sonra ağrıdan şikayət edən idmançılar, həm də gecə dizləri ağrıyan gənc analar müraciət edirlər. Dizlərdə ağrının səbəbini aydınlaşdırmaq üçün tam müayinədən keçmək lazımdır.

Diz ağrılarının səbəbləri:

Səbəbini dəqiqləşdirmək lazım olduğu diz ağrıları praktiki olaraq hər birimizdə yarana bilər. Əsas dizin məhz hansı hissəsində ağrının olduğunu anlamaqdır. Müxtəlif xəstəliklərin simptomları oxşar olduğu üçün diz ağrısının uğurlu müalicəsi düzgün aşkar edilmiş səbəbdən asılıdır.

Müxtəlif səbəbləri olan diz ağrıları aşağıda qeyd olunmuş məqamlarla bağlı ola bilər:

  • sınıq və ya zədələnmiş sümük;
  • diz fincanının sınığı və ya yerdəyişməsi (hərəkət və əymə vaxtı yaranan ağrı hissi);
  • menisyin zədələnməsi (bu zaman ağrı dizin arxa hissəsində olur);
  • toxumaların dartılması və ya iltihabı (əymə və düzəltmə vaxtı yaranan ağrı hissi).
  • Əgər siz dizlərdə ağrılar hiss edərkən müalicə üçün kimə müraciət edəcəyinizi bilmirsinizsə, bu zaman ilk olaraq sizə travmatoloq, ortoped, nevropatoloq, revmatoloq və ya osteopat kömək edə bilər. Ən əsası özünü müalicə ilə məşğul olmaq deyil, kömək üçün mütəxəssisə müraciət etməkdir.

Diz ağrılarının səbəbi ayaq altının yastı olması, fəqərə sümüyü diskləri arasında qrıja, varikoz və ya çanaq-bud oynağının travması da ola bilər. Buna görə, əgər siz səbəbini bilmədiyiniz diz ağrısı ilə həkimə müraciət edirsinizsə, bu zaman ehtimal ki, sizə həkimin operativ müdaxiləsi lazım olacaq.

Diz ağrılarının səbəbi çox vaxt travmalar olur. Aktiv idman məşqləri zamanı siz büdrəyə və ya səhv hərəkət edə bilərsiniz ki, bu zaman diz fincanı yerini dəyişə, menisk zədələnə və ya nəsə başqa hadisə baş verə bilər.
Səbəbini bilmək istədiyiniz diz ağrıları həmçinin oynaqların xroniki xəstəliyinin nəticəsi ola bilər. (məsələn, diz oynağının artrozu).

Diz ağrılarının müalicəsi

Sizlərə diz ağrısı vaxtı bir neçə məsləhət təqdim edirik ki, onlar sizə ağrı hissini bir qədər yüngülləşdirməyə kömək edəcək. Lakin unutmayın ki, müalicə istənilən halda peşəkar tibbi kontrol altında keçməlidir.

  • Əgər siz ağrının səbəbi kimi fiziki məşqləri görürsünüzsə, bu zaman bir müddət idmandan uzaqlaşmağa çalışın. İstirahət zamanı dizinizin altına kiçik bir döşəkcə qoyun.
  • Ağrının üstünə buz və ya soyuq bir şey qoyun. Bu ağrı hissini və şişkinliyi aradan qaldıracaq. Belə soyuq kompreslərdən gün ərzində bir neçə dəfə 10-20 dəqiqəlik istifadə etmək tövsiyə edilir.
  • Əgər ağrı travma nəticəsində yaranıbsa, bu zaman oynağı istilik təsirindən uzaq saxlayın (isti vanna və ya duş qəbul etməyin və s.).
  • Əgər 2 gündən sonra dizlərdə şiş və ağrı hissi yox oldusa, bu zaman zədələnmiş yerə ilıq kompreslər qoyun və oynağın elastikliyini bərpa etmək üçün kiçik tapşırıqlar etməyə başlayın.
  • Əgər ağrıyan yeri elastik bintlə bağlasanız, şiş çəkiləcək. Lakin bu zaman olduqca diqqətli davranmaq lazımdır ki, zədələnmiş yer çox sıx bağlanmasın, əks halda siz daha böyük problem yarada bilərsiniz.
  • Oturduğunuz və ya uzandığınız vaxt şişkinlikdən qaçmaq üçün ağrıyan dizinizi ürək səviyyəsinə qaldırın.
  • Diz ağrılarına dözmək lazım deyil. Mümkün çətinliklərdən qaçmaq üçün mütləq həkimə müraciət edin.
loading...
Şərh yaz