Dizlərə düzgün qulluq

loading...

Üz və bədən dərisinin gözəl olması üçün çalışaraq, biz bəzən unuduruq ki, bədənimizin digər hissələri də xüsusi qulluğa ehtiyac duyur. Məsələn: dizlər. Çox vaxt məhz dizlər qadının əsl yaşını göstərir. Ətraf mühitin təsiri altında dizin dərisi kobudlaşır, nahamar olur və rəngi tündləşir. Aydındır ki, bu tamamilə qeyri-estetik görünür. Bu problemin öhdəsindən gəlmək üçün bir neçə qaydaya riayət etməniz kifayətdir.

A və E vitamini qəbul edərək də dizlərinizin gözəl olmasına kömək edə bilərsiniz.

Dizlər üçün xüsusi krem əldə etmək vacib deyil. Qulluq məqsədləri üçün siz adi üz üçün olan vasitələrdən də istifadə edə bilərsiniz. Sadəcə hər axşam onlara yağlı krem çəkmək lazımdır, çünki diz dərisi yağlı vəzilərin çatışmazlığına görə kifayət qədər quru olur. Həftədə bir dəfə skrabdan istifadə edə bilərsiniz ki, bu dərinin yenilənməsinə kömək edəcək.

Dizlərə qulluq üçün təbii vasitələr də uyğun gələcək. Belə ki, dizlərin qaralmış dərisini xiyar şirəsinin köməyi ilə yumşaldıb ağartmaq olar. Onu dizlərə sadəcə 20 dəqiqə ərzində çəkmək, sonra ilıq su ilə yuyub yağlı krem çəkmək kifayətdir.

Kefir əsasında hazırlanmış maska həmçinin yumşaldıcı təsirə malikdir. Bunun üçün 3 x.q. kefiri 1 x.q. nişasta ilə qarışdırıb onu dizlərə çəkmək, 15 dəqiqədən sonra isə maskanı ilıq su ilə yumaq lazımdır. Əgər 1-2 ay ərzində bu vasitədən istifadə etsəniz, dizləriniz qulluq edilmiş hala gələcəklər.

Bəzən elə olur ki, dizlər qaralır və kobud görsənməyə başlayır. Bu xüsusilə yay mövsümündə aktual olan bir problemə çevrilir. Belə vəziyyəti duzlu kələm şirəsinin köməyi ilə düzəltmək olar. Onu sadəcə problemli zonaya çəkmək kifayət edir. Effekti siz artıq 3-4 prosedurdan sonra görə biləcəksiniz.

Problemli dəri üçün duz, bal və gənəgərçək yağından hazırlanmış maska da çox gözəl nəticə verir.
Qeyd olunmuş reseptlər həmçinin dirsək və pəncələrə qulluq üçün də uyğun gəlir.

Dizlərin dərisini hamar və gözəl saxlamağa kömək edəcək kosmetoloqlardan bəzi məsləhətlər təqdim edirik:

  • Çox isti vannalardan çəkinin. Dizlərin dərisi onsuzda kifayət qədər qurudur, isti su isə onu daha da qurudacaq.
  • Daimi olaraq nəmləndirici kremlərdən istifadə edin.
loading...
SHARE
Şərh yaz