loading...

Üzün gözəl və dəbli makiyajını qüsursuz boyanmış dodaqlarsız təsəvvür etmək mümkün deyil. Öz növbəsində, dodaq makiyajı müəyyən bacarıqlar və seçilmiş obrazın bütövlüyünün anlamasını tələb edən bir elmdir.

Öz gündəlik makiyajınızı necə fərqli etməyi bilmirsiniz? Bu zaman ona parlaq rənglər əlavə edin! Bu zaman isə ən sadə üsul parlaq dodaq boyasına diqqət etməkdir.

Hər kəs bilir ki, hər bir qadın dodaq boyasını artıq “uşaqlıqdan” istifadə etməyə başlayır. Lakin bəzən dodaqları boyayarkən nəyi necə etdiyinizə dair bəzi şübhələr ortaya çıxır. Bu səbəbdən biz sizə bir neçə faydalı məsləhətlər təqdim edirik.

1-ci addım: Hazırlıq prosesi

Dodaqlarınızı makiyaj etməzdən əvvəl əmin olun ki, dodaqlarınız tam olaraq qulluq olunmuş və nəmləndirilmişdir. Heç bir dodaq boyası (hətta çox bahalı belə) çatlamış, quru və ya zədəli dodaqlarda heç bir halda yaxşı görünməyəcək. Buna görə dodaqlar üçün yumşaldıcı skrablardan istifadə etməyiniz məsləhətdir.

2-ci addım: Nəmləndirmə

Dodaq makiyajı zamanı daha bir əsas prosedur – onların nəmlənməsidir. Dodaqlarınıza makiyajdan 15 dəqiqə əvvəl nəmləndirici balzam çəkin.

Əgər siz gigiyenik dodaq boyasından daimi istifadəni öz vərdişinizə çevirsəniz, bu zaman sizin dodaqlarınız hər zaman gözəl və istənilən makiyaja hazır olacaq.

3-cü addım: Kontur

Dodaq boyasının axmasının qarşısını almaq və onun daha uzun müddət qalması üçün vizajistlər dodaq qələmlərindən istifadə etməyi məsləhət görürlər. O ya dodaqların rəngində, ya da ki, dodaq boyasının çalarında olmalıdır.

4-cü addım: Dodaq boyası

Ən əsası dodaqlar üçün yaxşı dodaq boyasını seçməkdir. Hal-hazırda hətta ən şıltaq xanımları belə sevindirəcək lak effektli dodaq boyaları dəbdədir. Dodaq boyası dodaqlara təkraredilməz parıltı verməlidir. Onun tərkibinə daxil olan yağlar isə dodaqları yumşaq və məxməri etməlidir. Parıltı dodaqlara bərabər qatla çəkilməlidir.

5-ci addım: Qüsurların düzəldilməsi

Makiyajınızdakı xırda səhvləri pambıq çubuğu və adi su ilə düzəldə bilərsiniz.
Dodaqlarınızın qüsursuz makiyajı hazırdır! Güzgüyə baxıb özünüzə gülümsəyin və öz əməyinizin nəticəsi olaraq kişiləri fəth etməyə tələsin!

loading...
Şərh yaz