Doğumdan sonraya aid bəzi məsələlər

loading...

Uşaq dünyaya gələndən sonra hansı məsələlərə diqqət etmək lazımdır?

Uca və dəyərli İslam məktəbi insan həyatının hər anı, o cümlədən doğumdan sonrakı dövr üçün də proqrama malikdir. Həmin proqramların bəzisi insanın cisminə, bəzisi isə ruhuna aiddir.

Ana südündən istifadə etməyin xüsusi əhəmiyyəti var. Qida mütəxəssislərinin tövsiyələrindən istifadə edərək körpənin bədənini qüvvətləndirmək lazımdır.

Körpənin mənəvi inkişafı üçün isə təvəllüddən sonra onun sağ qulağına azan, sol qulağına isə iqamənin oxunması tövsiyə edilmişdir. Azan və iqamənin ibarələri onun təhtəlşüurunda izlər buraxır…

İslamda, dünyaya uşaq gələndən sonra, yerinə yetirilməsi bəyənilən əməllərdən biri də “əqiqə” (qurban kəsmək – Red.) etmək və uşağın saçının ağırlığında qızıl sədəqə verməkdir.

loading...
Şərh yaz