Dolça Bürcü

21 Yanvar – 19 fevral

  • Ünsürü – hava
  • Planeti – Uran
  • Hakimiyyət müddəti – 30 gün
  • Simvoliarı – sutökən, gümüş əllər, qanadlar, uçan quş və ya təyyarə, müdrik
  • Düşərli günü – çərşənbə, şənbə
  • Düşərsiz günü – bazar
  • Uğurlu rəngi – göy-yaşıl, bənövşəyi, lil, boz
  • Uğursuz rəngi – qara
  • Uğurlu daşı – sirkon, parıldayan sapfir, ametist, opal
  • Metalı – qalay
  • Enerji verən çiçəyi – yasəmən, nərgiz
  • Uğurlu rəqəmi – 2, 4, 8, 9
  • Müxalif bürcü – Şir
  • Talismanı – açar, ikona
  • Şanslı ölkələri – Rusiya, İtaliya, Danimarka, Kanada.

Qısa Xarakteri

loading...

Hələ qədim babil münəccimləri Sutökən bürcündə doğulanlarda ziddiyyətli xarakter olduğunu, bu adamların daxilində daima mübarizə getdiyini bildirirdilər. Yəqin bu qənaətə gəlməyə səbəb onların iki əksqütblü planetə məxsus olmalandır. Belə ki, əgər Saturn bədbəxtlik, xəstəlik, soyuq münasibət, “əbədi” düşmənçilik təlqin edirsə, Uran əksinə, istiqanlılıq, nikbinlik, yüksək enerjili fəaliyyət yaradır.

Sutökənlərin ikili xarakteri onları daima narahat edir, bəzən əsəblərinə də səbəb olur. İradələrini toplamağı bacaranlar Saturndan “ayrılıb” Uranın “himayəsinə” daxil olur və bununla da məşhurlaşırlar. Yeri gəlmişkən, müasir astrologiyanın ən məşhur nümayəndəsi Linda Qudmen Sutökənləri “uranlılar” adlandırmaqla onları yalnız bu planetə şamil edir.

Bu bürcün sakinləri gözəl intuisiyaya malik, mütaliəni sevən və ürəyigeniş olurlar. Sutökənlərin zəngin daxili aləmi olsa da, onlar çox vaxt bunu gizlədirlər. Belə adamlar həssas olduqlarından qarşılarındakı hər kəslə asanlıqla dil tapır, dostluq edirlər. Onlara elə gəlir ki, dünya yalnız yaxşılardan ibarətdir. Amma görəndə ki düşündükləri alt-üst olur və onu incidirlər, bundan bərk sarsılırlar.

Uzun zaman azəri Sutökənlər arasında apardığımız müşahidələr bizdə bəzi qənaətlər yaratdı. Öyrəndik ki, bu Zodiakdan olan həmyerlilərimiz iki qrupa bölünürlər: sarışınlar və qarabuğdayılar. Bu qrupların müsbət cəhətləri üst-üstə düşsə də, qüsurlarında kəskin fərqlər də var. Belə ki, birincilər əsasən sadəlövh və yelbeyin olduqları kimi, ikincilər də hövsələsiz və tez ruhdan düşən olurlar.

Məhəbbət məsələlərində bu işarə altında dünyaya gələn adam-ları ilk söhbətdən başa düşmək olmur. Bəzən hətta onu zövqümüzə uyğun hesab etmirik. Bir müddət sonra isə o, sevimli dostumuza çevrilir. Sutökən sevgidə azadlığa və sərbəstliyə üstünlük verir. O, sevgi münasibətlərinə dostluq münasibətləri kimi baxdığı üçün ikrah doğurmur. Sutökən məhəbbət haqqında nağılların qəhrəmanıdır. Bu bürcdən olanlar öz sevgisi uğrunda həmişə mübarizə aparır. Seksual davranışlarda gözlənilməzliyi sevən bu adamlar tərəf-müqabilini asanlıqla qane edir.

Bu adamlar fövqəltəbii və dərk olunmaz bacarıqlara malikdir. Tez-tez qəribə yuxular görür və gördüklərini çox gözəl şərh edirlər. Sutökənlər güclü öncə görməyə malikdirlər. Onların bilik və hissləri, duyum və intuisiyaları həqiqəti söyləməyə imkan yaradır. Əksər hallardasa falabaxma ilə məşğul olurlar. Buna görə də onlar ustalıqla Taro kartları və fal kitabları ilə proqnoz verə bilirlər. Sutökənlər bədnəzərə qarşı zəifdir, lakin asanlıqla və qısa zamanda öz güclərini bərpa edə bilirlər. Onlar, ələlxüsus da kişilər bəzən energetik vampirlərə, şər qüvvələrə də çevrilirlər. Bu bürcə mənsub insanlar pis, bədniyyətli insanları xüsusilə hiss edir və belə cəmiyyətdə özlərini çox narahat hiss edirlər. Bir qayda olaraq sevgi magiyası ilə maraqlanmırlar. Sutökənləri nəyəsə məcbur etmək çox çətindir. Onlar tam azadlığı xoşlayırlar. Yeri gəlmişkən, Sutökənlər qədər yuxuyozan, yuxuları şərh edən bürc yoxdur.

Sutökənlər nə qədər ki daxili potensiallarını əməli fəaliyyətə tətbiq edə bilmirlər, həmişə narahat və gücsüz görünürlər. İstəklərinə yetişəndə isə öz işlərində dahiliyə qədər yüksəlirlər. Bu bürcün sakinləri nadir hallarda qibtə ediləcək var-dövlət sahibi olurlar. Bütün bunlara baxmayaraq Sutökənlərin bir əli kimsəsizlərin üstündə olur. Onlar axırıncı tikəsini belə, ehtiyac sahibləri ilə bölüşürlər. Ətrafdakılar bu amili bəzən “avamlıq” və ya “öz xeyrini bilməyən” adlandırırlar. Lakin Sutökənlər bunu bilə-bilə yenə də öz xeyirxah əməllərindən əl çəkmirlər.

Müqəddəs Avestada insanlara tövsiyə olunan Xeyirxah Fikir, Xeyirxah Söz və Xeyirxah Əməl prinsipinə ən çox riayət edənlər də məhz haqqında danışdığımız bürcün sakinləridir. Bu səbəbdən də klassik ərəb astrologiyasında Sutökənlərin yalnız Ağ Dünyaya (Cənnətə) getdiyi bildirilir. Çünki onların günahları savablarından qat-qat azdır. Bu bürcün ürəyağrıdan keyfiyyətləri də olmamış deyil. Belə ki, 12 Zodiak işarəsi arasında ən bədbin və ruhdan tez düşəni də məhz haqqında danışdığımız adamlardır. ABŞ mütəxəssislərinin fikrincə, şəxsi taleyindəki uğursuzluğa və intiharlara görə Sutökənlər birinci yeri tutur. Konfliktlər, qətllər, müharibə və ayrılıqlar bu bürcün nümayəndələrini sarsıdır. Özlərinə qarşı törədilən haqsızlıqlar, şəxsi taleyinə, sevgisinə qərəzli müdaxilələr onların qəlbini yaralayır. Necə ki Alan Leu deyir: “Sutökənlər yaşamaqda olduğumuz qan və çirkab dolu dünyamız üçün deyillər. Bu bürcdən olanları Yerdən ayırıb başqa bir planetə toplamaq və oranı “Ədalət planeti” adlandırmaq lazımdır. Biz onları heç vaxt başa düşə bilməyəcəyik. Çünki Sutökənlərin bugünkü fikir və ideyalarını bəşər övladı hələ 50 il sonra düşünəcək”.

Bu bürcdən olanların həssaslığını və yüksək intuisiyasını nəzərə alan münəccimlər məsləhət görürdülər ki, onlar psixoloq, münəccim, həkim, ekstrasens və ya din xadimi işləsinlər. Müasir astrologiya isə Sutökənlərdən daha çox idmançı, sürücü, ferma işçisi, eləcə də siyasətçi çıxdığını düzgün hesab edir. Milli Sutökənlərimizə gəlincə, onlar daha çox evdarlıqla, təbabətlə, incəsənətlə, elm və digər mühüm işlərlə məşğul olurlar.

Məşhur “sutökən”lər:

Rüstəm İbrahimbəyov, Polad Bülbüloğlu, Ağaxan Abdullayev, Rafiq Əzimov, Firudin Qurbansoy, Sürət Hüseynov, Nəriman Həsənzadə, Rəmiş, Zaur Rzayev, Nisə Qasımova, Tamerlan Qarayev, Eldar Namazov, Adil Qeybulla, Arif Rəhimzadə, Zəlimxan Yaqub, Hacı İsmayılov, Tariyel Qasımov, Elsən Rüstəmov, Aftandil İsrafilov, Kamil Cəlilov, Aygün Kazımova, Yelena Siderenko, Xeyrəddin Qoca, Xatirə İslam, Füzuli Hüseynov, Xəzər İsayev, Xuraman Şuşalı, Tünzalə Əliyeva, Arzu Rzayev və b.

loading...