Dondurmanın faydaları…

loading...

İsti yay aylarının ən böyük həvəslərindən biri buz kimi dondurmalarımızı yeməkdir. Qida məzmunu və kalori dəyəri baxımından qiymətləndirdiyimizdə, dondurmanın sağlam şirin qida növlərinin başında gəldiyini söyləyə bilərik.

Dondurmanın faydaları…
  • Vitamin qaynağı
    Dondurma; A, B2 və B12 vitaminlərini təşkil edir. A vitamini dərini cavanlaşdırma, sümük inkişafını möhkəmlətmə və immunitet sistemini qoruma gücünə malikdir. B vitamini maddələr mübadiləsini təşkil edərək; yağ, karbonhidrat və zülalın həzm edilməsində böyük rol oynayır. Uşaqlarınız dondurmanı çox sevir. Qorxmayın və uşaqlarınıza yay-qış dondurma yedirərək sağlam yolla vitamin qəbul etməsinə icazə verin.
  • Süd məhsulları kimi bəsləyicidir
    25-30 % süddən ibarət olan dondurmanın da süd kimi içində laktoferrin adlı zülal vardır. Laktoferrin, immunitet sisteminin çalışması və güclənməsi üzərində əhəmiyyətli rol oynayan bir zülaldır. Aparılan araşdırmalarda, virus və bakteriyalara qarşı bədənimizi qoruyan laktoferrinin şişin inkişafına maneə törətdiyi də məlum olmuşdur. Dondurma, kalsium mineralı baxımından olduqca zəngin bir qidadır. Gündəlik kalsium ehtiyacının 10%-ni dondurma ilə qarşılaya bilərik.
  • Qan şəkərinizi yüksəltməz
    Dondurmada olan fındıq, fıstıq və südün yağ nisbətinə görə qlisemik indeksi və qlisemik yükü azalar. Aparılan bir çox araşdırma; qlisemik indeksi və qlisemik yükü aşağı olan dondurma kimi sağlam yeməkləri nizamlı qəbul etmək, köklüküyü və 2 tip diyabeti yaratmadığı bildirilməkdədir.
  • Balanslı qəbul edilsə xoşbəxt edər
    Aparılan klinik təcrübələrdə, aşağı qlisemik indeksi və qlisemik yükü ehtiva edən dondurmanı arıqlama müddətində həftədə üç-dörd dəfə istədiyi zaman bir kasa olaraq istehlak edənlərin, psixoloji olaraq özlərini xoşbəxt hiss etdiyini, həddindən artıq şirin ehtiva edən yeməkləri istehlak etmə istəklərinin azaldığını göstərməkdədir. Elmi olaraq da dondurmanın, xoşbəxtlik hormonu seratoninin ifraz olunmasını artıraraq bu təsiri yaratdığı bilinir. Edilən araşdırmalara görə insanları ən xoşbəxt edən yeməklər arasında ikinci sırada dondurma çıxış edir.
loading...
Şərh yaz