Dostluğun ömrü 7 ildir

loading...

Dostluq insanlar arasında ən güclü  hisslərdən biridir. Lakin…

Lakin holland sosioloqu Cerald Mollenxorst hesab edir ki, hər ikinci dostluq 7 il ərzində sona çatır. Yaranan boşluğu yeni dostluq əlaqələri doldurur. Mütəxəssis 1007 yaşı 18 ilə 65 arası olan könüllü ilə sorğu aparmışdır. Sorğuda şəxsi məsələlərini bölüşdükləri tez-tez görüşdükləri, təmirə və digər işlərə kömək edən dostlar və harada tanış olmaları barədə suallar verilmişdir. 7 ildən sonra o, tədqiqata qayıtmış və 604 insandan müsahibə götürmüşdür. Yalnız 30% insanlarda əvvəlki dostluqlar əhəmiyyətini saxlamış, 48% müəyyən əlaqələri hələ də saxlamışdır. Bununla yanaşı onların dost ətrafı say etibarı ilə əvvəlki kimi qalmışdır.

İnsanlar özlərinə dostu ünsiyyətdə olduğu insanların arasından seçir. Yeni tanışların necə və kim olması həyat şərtlərindən asılıdır. Adətən insanlar artıq mövcud olan dost çevrəsindən dost seçirlər. Həm də müasir dövrdə iş yerindəki, qonşu və şəxsi dostlar arasında sərhədlər əvvələ nəzərən daha kəskindir.

loading...
SHARE
Şərh yaz