Dünyanın ən bahalı və ucuz şəhərləri

loading...

Britaniyanın “The Economist” dərgisinin araşdırma şöbəsi, dünyanın ən bahalı və ən ucuz şəhərlərinin siyahısını dərc edib. Anspress xəbər verir ki, yenin məzənnəsinin zəifləməsi və dünyada sürətlənən qiymət artımı, bu il Tokyonu ən bahalı şəhər edib. “Daily Teleqraf”ın yazdığına görə, Yaponiya paytaxtı əvvəllər də, daha doğrusu 1992-1998-ci illərdə bu birinci mövqedə olub.

Ən maraqlısı isə ondadır ki, ən bahalı şəhərlər siyasında ikinci yerdə digər Yaponiya şəhəri Osaka gəlir, üçüncü yerdə Avstraliyanın Sidney şəhəri, dördüncü yerdə isə Norveç paytaxtı Oslonun addı hallanır. Ən bahalı şəhərlər onluğuna eynilə, Melburn, Sinqapur, Sürix, Karakas, Cenevrə və Fransa paytaxtı Paris də daxil edilib.
Hesabata görə, builki reytinqin özəlliyi Asiya şəhərlərinin bahalı şəhərlər siyasında üstünlük təşkil etməsidir. Yaşayış və xidmət xərclərinə görə dünyanın ən ucuz şəhərlərinə isə Tehran, Ciddə, Panama, Kolombo, ƏL-Cəzair, Katmandu, Yeni Dehli, Mumbay və Kəraçi aid edilir.

Araşdırmada dünyanın 131 müxtəlif şəhəri üzrə statistik məlumatlardan istifadə olunub. “The Economist” dərgisinin ekspertləri 160 ayrı əmtəə məhsulu və xidmət üçün 400-dən çox qiymət arasında müqayisə aparıb ki, buraya məhsullardan əsasən, qida, içki, geyim, gündəlik məişət məhsulları, şəxsi gigiyena vasitələri, xidmətlərdən isə kirayə pulu, nəqliyyat xərcləri, kommunal ödənişlər, özəl məktəb xərcləri, səyahət xərcləri daxildir.

loading...
Şərh yaz