Dünyanın ən çox qazanan ölü ulduzları

loading...

Beş il öncə dünyasını dəyişən Maykl Cekson “Forbes” jurnalının “ən çox qazanan ölü məşhurlar” siyahısında birinci yerdə qərar tutub.

Öldükdən sonra gəlirinə 140 milyon dollar əlavə olunan Mayklı 40 milyon dollarlıq gəlirlə Elvis Presli izləyib.

Elvis Preslini taxtından edərək siyahıda birinci olmağı bacaran Maykl Ceksonun ölümündən sonra çıxan “Xscape” adlı albomu pop musiqi siyahılarında ikinci sıraya kimi yüksəlmişdi.

“Ən çox qazanan ölü məşhurlar” siyahısında Elizabet Teylor, Bob Marli kimi ulduzlar da yer alıblar.

loading...
Şərh yaz