Dünyanın rəngarəng ölkələri

loading...

İnformasiya əsrində yaşamağımıza baxmayaraq, dünyanın elə yerləri var ki, bir çoxlarımızın o gözəllikdən heç xəbəri də yoxdur. Biz sizə dünyanın rəngarəng ölkələrindən bir neçəsini təqdim edəcəyik. Siz isə aviabilet alıb, bəyəndiyiniz ölkəyə yollanıb, həmin gözəllilərin canlı şahidi ola bilərsiniz.

Hindistan

Bu ölkə rənglər və dinlər ölkəsi də adlanır. İnsanları gəzməyi, əylənməyi çox sevir. Təbəssüm üzlərindən əksik deyil hindlərin…Ölkənin hər yerində gün ərzində birdən çox festival baş tutur. Rəng, İşıq, Navaratri, Kumbha-mela və digərləri Hindistanda ən məşhur festivallardandır…

Portuqaliya

Lissabon, Porto, Braga, Fatima şəhərləri daha çox turist qarşılayır. Portuqaliyaya gedirsənsə Lissabon və Porto şəhərlərini görmədən geri dönmə deyirlər. Portuqaliyada festivallar özəlliklə yaz aylarında keçirilir və ən maraqlıları məhz iyunda baş tutur. Bu ölkədə hər şəhər və qəsəbənin özünəməxsus festivalı var.

İspaniya

Fərqli və rəngarəng deyəndə ağıla sözün əsl mənasında şirin küçələri ilə İspaniyanın ikinci böyük şəhəri Barselona gəlir. Mamarlıq nümunələri, yamyaşıl parkları, yeməkləri ilə Barselona fərqliliyi sevən insanların şəhəridir.

Casa Batlló,

Gecə səması rəngbərəng olan ölkələr

Dünyada 6 ölkə var ki, məhz burada qütb parıltısını görmək mümkündür. Bunlar İsveç, Norveç, Kanada, Finlandiya, Şotlandiya və İslandiyadır. Günəş şüaları ilə maqnit sahəsinin qarışması nəticəsində əmələ gələn işıqlara görə səma mavi, yaşıl, sarı, qırmızı və çəhrayı rənglərdə ola bilir.

loading...
SHARE
Şərh yaz