Qatıqlı kartof şorbası

loading...

Ləvazimatlar (6 nəfərlik)

  • 5 ədəd kartof
  • 1 şorba qaşığı əzilmiş sarımsaq
  • 2 su stəkanı qatıq
  • Yarım su stəkanı qıyılmış təzə nanə
  • 5 su stəkanı su
  • Duz, qara bibər
  • 6 şorba qaşığı zeytunyağı

Hazırlanması: Kartof qabıqlarını soyub kub doğrayın və 5 su stəkanı suda qaynadın. Suyunu istifadə üçün saxlayın. Qatıq, sarımsaq və ədviyyatları yaxşıca qarışdırın.

Kartoflar soyuyunca, qatıq və təzə nanəni əlavə edib şorbanıza qarışdırın. Üzərinə zeytunyağı gəzdirərək yeyin.

loading...
Şərh yaz