loading...

Artıq çoxdan məlumdur ki, ədviyyatlar insan xarakterinə və insanın əhvalına təsir edir. Buna görə, əgər bu və ya digər ədviyyatın insana olan təsirinin xüsusiyyətlərini bildikdə, onu konkret nəticənin alınması üçün qida rasionuna əlavə etmək olar.

Bəzən ədviyyatlar bizə istədiyimiz kimi olmağa kömək edə bilər. Məsələn, xarakterimizdə yumşaqlıq, əminlik, möhkəmlik və ya optimizm kimi keyfiyyətləri inkişaf etdirməyə kömək edə bilər.

Ədviyyatlardan artıq çoxdandır ki, konkret hədəflər üçün istifadə edilir. Məsələn: stressi çıxartmaq, enerjini yüksəltmək, əsəb və ya həzm sistemlərinin işini yaxşılaşdırmaq, orqanizmin tonusunu qaldırmaq və bir çox başqa səbəblər üçün. Hətta başağrının, soyuqdəymənin və başqa xəstəliklərin müalicəsi belə ədviyyatların köməyi ilə aparılır.

Biz sizə bəzi ədviyyatların təsiri haqqında danışacağıq

  • Zəncəfil ilə əqli fəaliyyət fəallaşır və yaddaş yaxşılaşır. Zəncəfil xüsusilə stressdən, psixi və fiziki gərginlikdən sonra olan yorğunluğu çıxarır, uzun müddət gümrah vəziyyətdə olmağa imkan verir. Zəncəfil cəsarət, məqsədyönlülük və qətiyyət kimi xarakterin əhəmiyyətli xüsusiyyətlərinin formalaşmasına imkan yaradır.
  • Sarıkök insanda vəziyyətlərdə ayıq qiymətləndirilməni və çətinliklərin sakit həllini inkişaf etdirir. Sarıkökün qidada istifadəsi zamanı, psixika tədricən gündəlik həyatın bəzi əvvəllər qıcıqlandıran və hiddətləndirən anlarına qarşı kütləşir. Sarıkök insanı vurnuxmalardan azad edir, ona daha çox əminlik hissi verir, həmçinin uzunmüddətli planları reallaşdırmaq üçün güc ilə təmin edir.
  • Çili insana təlaşdan və kobudluqdan qurtulmağa kömək edir. Ünsiyyət vaxtı qarşılıqlı anlaşma hissi yaradır. O insanlara daha şəxsi yanaşma imkanı verərək,  hər hansı – hətta cazibədar olmayan bir işi yerinə yetirməyə imkan verir.
  • Cövüz insanda çətinliklərin öhdəsindən gəlməkdə kömək edən qətiyyəti inkişaf etdirir, insanın iradəsini bərkidir. Onun köməyi ilə siz tez bir zamanda bütün gücünüzü hər hansı bir məsələnin həlli vaxtı səfərbər edə bilərsiniz. Daha aktiv və sürətli həyat tərzinə görə asudə vaxtlarınız olacaq. Cövüz diqqət obyektində konsentrasiyanı yaxşılaşdıracaq.
  • Keşniş insanı əhatə edən neqativ təzahürlərə qarşı daha dözümlü edir. Əgər az miqdarda keşniş istifadə etsəniz, bu kobud, sırtıq və əsəbi insanları daha rahat yola verməyinizə imkan verəcək. Bu əsasən ağır əxlaqlı-psixoloji şəraitdə işləyən insanlar üçün məsləhətdir.
  • Cirə sizə pis vərdişlərin öhdəsindən gəlməyə güc verəcək, günün rejimini qaydaya salmağa və xarakterin möhkəmliyini bərpa etməyə imkan yaradacaq. Cirə sizin psixikanızı canlandırır, problemlərin həlli vaxtı inadı artırır.
  • Güldəfnə xarakterdə yumşaqlığı artırır, insanlarla münasibətləri daha da istiləşdirir. İnsan zərif, xeyirxah, sakit, yumşaq və tarazlaşdırılmış olur. Güldəfnə ailə münasibətlərini yaxşılaşdırmağa, uşaqlarda artıq qıcıqlanmanı çıxarmağa kömək edir.
  • Xardal xarakterdə yumşaq sakitlik yaradır. Davranışda tədricən bütün kobud təzahürlər yox olmağa başlayır. Xardal xüsusilə dincələ bilməyənlər üçün yaxşı yarayır, o yuxunu yaxşılaşdırır, depressiya vəziyyətini müalicə edir.
  • Hil daha sürətli bağışlama xüsusiyyətini verir. Xoşagəlməz insanlar ilə ünsiyyət vaxtı insanı gərginlikdən azad etməyə kömək edəcək. Hilin sayəsində yaşlı insanlarla və uşaqlarla daha yaxşı münasibətdə olmağı, ailədə söz-söhbətdən çəkinməyi öyrənmək olar. Hil həmçinin xəsislik vərdişini azaldır, lazımsız alış – verişdən saxlayır.
  • Karri özünə təmkinlə yanaşmağı öyrədir. Daxili ziddiyyətlərin yükü azalır, ürəkdə sakitlik yaradır, problemləri tədricən və təlaşsız həll etməyə kömək edir.
  • Qaraçörəkotudan istifadə zamanı fikir sürətli və parlaq olur. Problemin öhdəsindən tez və aydın gəlmək lazımdırsa, bu zaman qaraçörəkotu əvəzolunmazdır. O sizdə öz gücünüzə inamı və ruhda optimizm hissini bərkidəcək, gözlərinizdə güc və sevinc yaranacaq.
loading...
Şərh yaz