Əhvalımızı necə qaldıraq?

loading...

Səhər yuxudan oyanarkən bəzən əhval-ruhiyəmiz yaxşı olur, bəzən isə pis. Bəzən isə pis əhval-ruhiyyəmiz günlərlə davam edir. Araşdırmalara görə, insanların yalnız 2 faizi hər gün əla əhval-ruhiyyədə olur.

Qadınlarda tamamilə normal olan 9 vəziyyəti nəzərinizə çatdırmaq istərdim:

  1. Uzun müddət bikef olmaq.
  2. Əsəbi və qəmgin olduğun halda “Yaxşıyam” demək. Bunu çoxumuz hər gün etməli oluruq.
  3. Günəşli günlərdə özünə qapanmaq və heç yerə çıxmamaq. Araşdırmalar göstərir ki, belə günlərdə bəzi insanlar bikef olur, evə qapanır, heç kimi görmək istəmir.
  4. Kiminləsə qucaqlaşanda xoşbəxt olmaq. Düz 20 saniyə sonra insan beyni əhvalı yaxşılaşdıran oksitosin hormununu ifraz edir. Oksitosinə həm də “etimad eleksiri” deyirlər. Onun ifrazı ilə insan sanki uşaqlaşır, daha sadəlövh olur.
  5. Yorğun vaxtlarda çılğın və qəzəbli olmaq: insanların 64 faizi deyir ki, gecəni yaxşı yatmayanda hövsələsiz olur, özündən tez çıxır.
  6. Amma səhər tezdən bir fincan yaxşı qəhvədən sonra adam dərhal “ özünə gəlir” . Kofein 2 saatdan 6 saatadək əhvalı yaxşı tonusda saxlamağa qadirdir.
  7. Ağlayıb ürəyi boşaldandan sonra yüngülləşmək. Bunu qadınların 85 faizi təsdiqləyir.
  8. Tez-tez ağlamaq. Qadınların bir qismi ayda heç olmasa, 5 dəfə ağlayır.
  9. Sevərkən ruh yüksəkliyi , həvəs və ehtiras hiss etmək. İtalyan psixoloqları araşdırıb ki, yeni münasibətlərin eyforiyası bir ilə qədər davam edir.

Bəs əhvalımızı necə qaldıraq ?

  • Alış-veriş etmək, təzə geyim, kosmetika, ətir, zinyət əşyaları almaq bir çox qadının əhvalını dərhal yaxşılaşdırır. Manikür və pedikür etmək,saçları boyamaq , bir sözlə özunəqulluqla bağlı hər şey qadınların həyat eşqini qaldırmağa qadirdir.
  • Buna imkanı olmayanlar özünü işə verir. Fiziki iş insanı doğurdan da stresden çıxarır.
  • Əlindən bu da gəlməyənlər fikrini dağıtmaq üçün rəfiqələri və dost-tanışları ilə görüşməyə üstünlük verir.
  • Gənc qızlar isə saatlarla internetdə oturmaqla günlərini yola verirlər.
  • Musiqi dinləmək , təzə filimlərə baxmaq, bağçılıqla məşğul olmaq, fitnesə getmək, üzmək, kitab oxumaq , ağla gələn və gəlməyən bir çox şeylərlə qadın öz əhvalını yüksəldə bilər.

//aile.lent.az

loading...
Şərh yaz