Əllərin əsməyinin səbəbləri və müalicəsi

loading...

Bəzən hətta təhlükə qarşısında qorxu hiss etmədən əllərimizin qəribə formada titrəməsini hiss edə bilirik. Həkimlərin dili ilə danışsaq, əllərin titrəməsi fizioloji və qeyri-normal olur. Birinci halda bu müvəqqəti hadisədir və onu doğurmuş səbəblər aradan qalxdıqdan sonra dərhal keçir. Lakin əgər əllərin əsməsinə hansısa qeyri-normal proses səbəb olubsa, bu halda xüsusi tədbir görmək lazımdır.

Əllərin əsməsinin fizioloji səbəbləri

Fizioloji səbəblərinin arasında stress vəziyyəti, həyəcan, əsəbi gərginlik əsas yerdədir. Çox vaxt əllərimiz qəbul imtahanlarından əvvəl əsməyə başlayır və ya uçmaqdan qorxan insan təyyarəyə qalxdıqda əllərinin əsməsini saxlaya bilmir. Bundan başqa əllər ağır fiziki iş şəraitində uzun müddətli və güclü əzələ gərginliyindən sonra da əsməyə başlayır.

Spirtli içkilərdən sui-istifadə həmçinin əllərin əsməsinə səbəb olur. Tünd qəhvə və çay həvəskarları da həmçinin vaxtaşırı bu problemdən əziyyət çəkir.

Bəzi dərman preparatlarının qəbulu bəzən əlləri titrəməyə məcbur edir, amma müalicə kursunun sonuna yaxın bu problem aradan qalxır.

Əllərin əsməsinin qeyri-normal səbəbləri

Əgər əlləriniz daim əsirsə və zamanla bu proses daha da güclənirsə, bu halda mütləq həkimə müraciət etmək lazımdır, çünki bu hər hansı bir xəstəliyin siqnalı ola bilər.

Bu tip xəstəliklərə aiddir:

  • Şəkərli diabet – qanda qlükozanın səviyyəsinin kəskin düşməsi vaxtı əllər əsməyə başlayır;
  • Tireotoksikoz – qalxanvarı vəzinin hormonlarının həddən artıq çox olması nəticəsində əllər əsməyə başlayır;
  • Böyrəküstü vəzilərin xəstəlikləri;
  • Zəhərlənmə;
  • “Parkinson” xəstəliyi – beyinin qabıqaltı strukturları zədələndiyinə görə əllər əsməyə başlayır;
  • Beyinciyin və ya şiş prosesi nəticəsində beyinin gövdəsinin zədələnməsi;
  • Boyun osteoxondrozu;
  • Hipertoniya xəstəliyi.
  • Bundan başqa, əllərin əsməsi irsi xarakterli də ola bilər.
  • Əllərin əsməsinin müalicəsi.

İlk növbədə əllərin əsməsinə səbəb olan problemi aşkar etmək lazımdır. Əgər bu fizioloji səbəbdirsə, bu zaman əllərin əsməsini dayandırmaq üçün sadəcə vəziyyətin normallaşması kifayətdir.

Sakitləşmək və əsəb gərginliyini çəkmək üçün sakitləşdirən dərman və ya ot cövhərlərindən istifadə etmək olar. Belə vəziyyətdə alkoqolun, çayın, kakonun və qəhvənin istehlakını azaltmaq tövsiyə edilir.

Əllərin əsməsi orqanizmdə hər hansı qeyri-normal prosesi müşayiət edirsə, bu zaman həkim-mütəxəssisə müraciət etmək lazımdır ki, o sizi kompleks müayinədən keçirsin və sizin vəziyyətinizə uyğun olan terapiyanı təyin etsin. Müəyyən dərman preparatlarını təyin edərək, həkimlər bir çox xroniki xəstəliklərin qarşısını almış ola bilərlər.

loading...
Şərh yaz