loading...

Türkiyədə yayımlanan “O səs Türkiyə” müsabiqəsinin böyük marağa səbəb olan iştirakçısı, həmyerlimiz Elnur Hüseynov “Birə bir” mərhələsində səhnəyə çıxıb.

Bundan öncə dueldə “Stay in alive” (Bee Gees) mahnısını ifa edərək növbəti mərhələyə keçən azərbaycanlı müğənni bu dəfə “Golden Eye” mahnısını oxuyub. Ebru Gündeşin komandasında olan Elnur Şermin adlı iştirakçıyla yarışıb.

Ebru Elnur Hüseynovu seçərək, ona növbəti mərhələdə iştirak hüququ qazandırıb. Sonda tamaşaçıların xahişiylə Elnur mahnını ikinci dəfə səsləndirib.

https://www.youtube.com/watch?v=OBmq5GXW0VU

loading...
SHARE
Şərh yaz