Eminin konsertində baş verənlər

loading...

Müğənni-bəstəkar Eminin “Emin və dostları” adlı konsert proqramı baş tutub.

“Crystal Hall”da keçirilən gecədə rus estradasının tanınmış simaları – Qriqori Leps, Ani Lorak, Stas Mixaylov, Svetlana Loboda, İrina Dubsova və Çarli Uiliams yer alıb. Emin öz mahnıları ilə yanaşı, sözügedən ifaçılarla birlikdə yeni duetlərini də təqdim edib.

Gecənin ən maraqlı məqamlarından biri isə xalq artisti Zülfiyyə Xanbabayevanın səhnəyə çıxması olub. Emin və Z.Xanbabayeva birlikdə hazırladıqları mərhum Müslüm Maqomayevin “Azərbaycan” duetini səsləndiriblər. Gecədə ifaçı sevənləri ilə maraqlı söhbətləri və şoularıyla da yadda qalıb.

Foto: Rəşad ABBASOV
Axşam.az

loading...
Şərh yaz