Ev şəraitində pilinq

loading...

İstənilən növ üz dərisini təmizləmək üçün skrab resepti: Əllərinizi uşaq sabunuyla köpük yaranana qədər sürtün. Bu köpüyü üzünüzə  vurun. Sonra 1 çay qaşığı şəkəri əlinizə tökün və 2 dəqiqə ərzində çox yüngül hərəkətlərlə üzünüzü masaj edin. Masaj etdikdən sonra üzünüzü sərin suyla diqqətlə yuyun. Belə pilinqi çox quru dərisi olanlara istifadə etmək məsləhət görülmür.

Ev şəraitində  cavanlaşdıran pilinq, yüngül ağardan effektlə: Təzə xiyarın qabığını təmizləyin, meyvənin ətini xırdalayın və onun şirəsini sıxın. Sonra 1 çay qaşığı xırda dəniz duzu ilə 1 xörək qaşığı yulaf ununu qarışdırın. Qarışığı xiyar şirəsiylə elə durulaşdırın ki, kremə oxşar kütlə alınsın, ardından 2 damcı qızılgülü efir yağını əlavə edin. Bu skrabla üzü 1-2 dəqiqə masaj edin və daha 10 dəqiqə üzünüzdə saxlayın.

Ayrı-ayrılıqda qəhvə və düyü dənlərini kofeüyüdənində xırdalayın. 1 çay qaşığı düyü ununa eyni miqdarda üyüdülmüş qəhvə qarışığı əlavə edin. Əgər sizin dəriniz yağlı və ya qarışıq tipə aiddirsə, onda qarışığı 2 xörək qaşığı kefir və ya yoğurt ilə durulaşdırın. Normal və quru dəriyə sahibsinizsə  1 qaşıq süd və ya xama ilə durulaşdırın. Sonra tərkibdən skrab kimi istifadə edərək üzünüzü masaj edin, daha sonra kütləni 5-7 dəqiqə  üzünüzdə saxlayın.

Qarışığ dəri üçün mərcan skrabı: 1 xörək qaşığı mərcan giləmeyvələrini yaxşıca əzin. Ona 1 çay qaşığı badam yağı, 2 damcı portağal yağı, 1 çay qaşığı qəhvəyi şəkər və yarım qaşıq yulaf unu əlavə edib yaxşıca qaşıdırın. Hazırladığınız sakrab ilə  üzünüzü  yumşaq pilinq edin, 5-10 dəqiqə maskanı üzünüzdə  saxlayın və sonra sərin suyla yuyunun.

Ev şəraitində soda pilinqi, hansı ki, yağlı dərini əla təmizləyir və artıq parıltını aradan qaldırır: Üzünüzü sabunla sabunlayın. Bir çimdik soda götürüb  üz dərisini  təkrar masaj edin. 2-3 dəqiqədən  sonra üzünüzü sərin suyla yuyun.

Qidalandıran, nəmləndirən  və təmizləyən skrab resepti: Kofe üyüdəndəndən  düyünü üyüdün. 1 çay qaşığı  üyüdülmüş düyüyünü 1  xörək qaşığı kəsmik ilə qarışdırın və istənilən bitki yağını əlavə edin.  Kütləni quru, təmiz üzə qoyun və 10 dəqiqə sonra ilıq suyla yuyun.

Çiyələk skrabı resepti: Çiyələyin 3-4 yetişmiş giləmeyvəsini yaxşı ovuşdurun. Quru və normal dəri üçün 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Yağlı və qarışıq dəri üçün yoğurt istifadə edin. Sonra pilinq kimi istifadə edin.

Yağlı dəri üçün skrab resepti: Üzü kefirlə və ya qatıqla bol-bol sürtün. O vaxt kimi ki, maska üzdə praktik olaraq tamamilə quruyacaq,  sonra barmaqların uclarıyla üzünüzü ovun. Ardından sərin suyla üzünüzü yuyun.

loading...
Şərh yaz