loading...

Bişmiş qatılaşdırılmış südü evdə hazırlamaq olar. Bu, mağazada satılandan daha dadlı və daha faydalıdır.

Bunun üçün əvvəlcə qatılaşdırılmış süd hazırlamalı, sonra isə onu karamel rənginə çevrilənədək bişirmək lazımdır.

Birinci 3 litr süd və 1 kq şəkər tozundan qatılaşdırılmış süd hazırlayırıq. Daima qarışdıraraq süd 3 dəfə azalıb, qatılaşanadək bişiririk.

Hazır qatılaşdırılmış süd soyuduqdan sonra onu şüşə bankaya tökürük. Bankadan daha enli qazan götürüb dibinə dəsmal səririk. Bankanın üstünü folqa vərəqi ilə bağlayıb qazanın içinə yerləşdiririk. Yarım saat sonra süd rəngini dəyişəcək. Karamel dadına malik olacaq. 3 litr süddən 1 litr qatılaşdırılmış süd almaq olur.

loading...
SHARE
Şərh yaz