Ev şəraitində saçların bərkidilməsi

loading...

İnsanı geyim kimi saçlarına görə qarşılayır və yola salırlar. Parıldayan sağlam sıx saçlar hər kəsin baxışlarını ovsunlayır. Sağlam, gözəl saçlar paxıllığa və heyrətə səbəb olur. Lakin belə gözəl saçlara hər kəs sahib ola bilmir. Bəzi xanımlar isə burada özləri günahkardır, çünki onlar saçlarına qulluq etmirlər.

Ev şəraitində saçları xalq vasitələri, düzgün qida məhsulları, otların və müxtəlif bitkilərin cövhərləri ilə bərkitmək olar. Bu məqsədlər üçün müalicəvi və profilaktik maskalar, baş dərisinin masajı və digər prosedurlar tətbiq edilir.

Saçların bərkidilməsi üçün ən yayılmış üsul – pıtrağın köklərindən istifadədir.

Bu bitkinin kökünü siz apteklərdən əldə edə bilərsiniz. Onu xırdalayıb üzərinə qaynar su əlavə edin və 20-30 dəqiqə ərzində dəmləyin. Bu cövhəri saçların yaxalanması üçün suya əlavə etmək lazımdır.

Həmçinin pıtraqdan müalicəvi maska hazırlamaq olar. Bu zaman bitkinin xırdalanmış və dəmlənmiş kökünü baş dərisinə çəkib üstündən duş üçün papaq geyinib dəsmal ilə bağlayın. Maskanı 20 dəqiqə saxladıqdan sonra başınızı yuyub bitkinin qalıqlarından təmizləyin.

Alternativ olaraq airin kökündən hazırlanmış cövhərdən də istifadə etmək olar. Bu halda adətən 2 x.q. xırdalanmış xammalın üzərinə qaynar su əlavə edib və qapağı bağlı halda odun üzərində saxlamaq lazımdır. Qarışıq qaynadıqdan sonra onu odun üzərindən götürüb bir saat ərzində dəmləmək lazımdır. Alınmış cövhəri süzüb saçların yaxalanması üçün istifadə etmək olar.

Bəzən airin və pıtrağın kökləri üzərinə mayaotu bitkisi əlavə edərək birlikdə də tətbiq edilir. Bu qarışıq kəpəkdən qurtulmağa kömək edir.

Gicitkən və apteklərdə satılan çobanyastığı da saçları əla müalicə edir. Bunun üçün bu bitkilərdən birini və ya onların qarışığını bir qabda dəmləyib sonra isə təmiz yuyulmuş saçları yaxalamaq lazımdır. Bunu hamamda etmək daha yaxşıdır, çünki baş və bütün bədən qızışdığına görə müalicəvi prosedurları daha yaxşı qəbul edir. Yeri gəlmişkən, siz bu cövhərlə bədəninizi də yaxalaya bilərsiniz.

Çoxları bunu qəbul etməsə də saçlara qulluq üçün paltar sabununun istifadəsi də çox effektiv nəticə verir. Bu zaman kəpək itir, saçlar daha qalın, parlaq və sözəbaxan olurlar.

Sabun çəkdikdən sonra saçları şampunla yumaq və yaxşıca yaxalamaq lazımdır.

Saçların kövrəkliyi vaxtı bal, nişasta, yumurta sarısı və 1 x.q. bitki yağı ilə sürtkəcdən keçirilmiş kökdən istifadə etmək olar. Bu qarışıq bərkidici maska kimi baş dərisinə çəkilir.

Əlbəttə ki, saçların sağlam olması üçün, sağlam orqanizmə malik olmaq, tərəvəzlərdən, meyvələrdən, tərkibində E vitamini olan məhsullardan istifadə etmək, baş dərisini masaj etmək və stresdən çəkinmək lazımdır.

loading...
Şərh yaz