loading...

Üz üçün maskalar müxtəlif olur: yay maskaları, mövsümi giləmeyvələrdən və meyvələrdən (çiyələkdən, moruqdan, almadan) və bütün il ərzində hər kəsə əl çatan inqrediyentlərdən hazırlanmış maskalar. Bu tip maskalardan sizə bir neçəsini təqdim edirik.

Maskanı üzə çəkməzdən əvvəl mütləq dərini yaxşıca təmizləmək və isti kompres etmək məsləhətdir. Bu onun üçün lazımdır ki, maskanın bütün faydalı maddələri dəriyə maksimal dərəcədə hopsun.

Kəpəkdən hazırlanmış maska

Çovdar və ya buğdanın üzərinə ilıq süd əlavə edin və 20 dəqiqə ərzində dəmləyin. Sonra maskanı üz və boyun nahiyəsinə çəkin və 25 dəqiqə ərzində saxladıqdan sonra ilıq su ilə yuyun. Maska dəri hüceyrələrinin regenerasiyasına imkan yaradır və dərini cavanlaşdırır.

Yerköküdən hazırlanmış maska

1 x.q. xamanı, 1 yumurta sarısını və 1 x.q. yerkökü şirəsini qarışdırın. Alınmış maskanı üzünüzə çəkin və 20 dəqiqə saxladıqdan sonra əvvəl ilıq, sonra isə sərin su ilə yuyun. Maska dərinin solğunluğunu aradan götürür, dərini hamarlaşdırır.

Sitrus maskası

Limonun, portağalın və ya qreypfrutun şirəsini sıxın. Alınmış şirəyə 1 ç.q. bal əlavə edib yaxşıca qarışdırın. Maskanı üz dərinizə çəkin və 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Maska daha çox yağlı dəriyə uyğundur. O dərini azca qurudur və səpgini aradan qaldırır.

Kəsmikdən hazırlanmış maska

1 x.q. xamanı 1 x.q. kəsmiklə qarışdırın və üzərinə bir çimdik duz səpin. Maskanı üzünüzə çəkib 15 dəqiqəlik saxlayın, sonra isə ilıq su ilə yuyun. Bu normal dəri üçün nəmləndirici maskadır.

Baldan hazırlanmış maska

1 x.q. yulaf ununun 1 ç.q. bal və qatılaşana qədər alma şirəsi ilə qarışdırın. Maskanı üz və dekolte sahəsinə çəkin, 15 dəqiqə saxladıqdan sonra isə ilıq su ilə yuyun.

Yumurta və yulafdan hazırlanmış maska

1 x.q. yulaf və ya qarğıdalı ununu 1 yumurta ağı ilə köpük halına qədər qarışdırıb üz dərinizə çəkin. Maska quruduqdan sonra onu nəm pambıq tikəsinin köməyi ilə təmizləyin, sonra isə üzünüzü ilıq su ilə yuyun. Maska üz dərisini əla təmizləyir və bərkidir, normal və quru dəri üçün daha uyğundur.

Bundan başqa çalışın öz qida rasionunuza yumurta və kərə yağı əlavə edin. Onlar dərinin vaxtından əvvəl qocalmasının profilaktikasına imkan yaradır, üz rəngini yaxşılaşdırır və dərini daha parlaq edir. Bu məhsulların tərkibinə daxil olan vitaminlərin sayəsində dəri daha elastik olur.

Hər saat bir fincan su için

Daim üz dərinizi masaj edin. Dəridə qan dövranını yaxşılaşdırmaq və şişləri aradan qaldırmaq üçün ev şəraitində üz masajı etsəniz daha yaxşıdır.

Dərinizin sağlam olması üçün, balıq, süd məhsulları, quş əti, yumurta, fındıq, dəniz məhsulları yeyin. Bütün bunlar orqanizmin hüceyrələri üçün əla tikinti materialıdır.

loading...
Şərh yaz