“Evlənmək barədə düşünmürdük” – Sabah toylarıdır

loading...

Sabah Bakının məşhur restoranlarından birində Azərbaycanın tanınmış modelyeri Zümrüd Mirzəliyeva ilə türkiyəli aktyor-müğənni Ali Derelinin toyu olacaq. 

Ailem.az-ın məlumatına görə, onlar toydan qabaq “Qafqazinfo”nun suallarını cavablandırıblar. Cütlük ilk dəfə şəxsi həyatları barədə danışıb.

Zümrüd Mirzəliyevə aktyorla üç il əvvəl tanış olduğunu söyləyib:

“İstanbulda 3 il əvvəl bir serial layihəsində tanış olmuşduq. Sadəcə tanışlıq idi. Sonra bir neçə il keçdi. İnternet vasitəsilə yenidən danışmağa başladıq. Evlənmək barədə düşünmürdük. Qismət deyə bir şey var. Bir-birimizə nəsib olduq”.

Ali Azərbaycan vətəndaşı ilə ailə qurmaq səbəbini də açıqlayıb:

“Sevginin dili, dini və irqi yoxdur. Onun hara vətəndaşı olmağının mənim üçün fərqi yoxdur. Eyni zamanda, Azərbaycan türkcəsinə və insanlarına xüsusi simpatiyam var. Doğru bir seçim etdiyimi, ürəyimcə biri olduğunu düşünürəm. Doğrusunu deyim, Zümrüdü tanımamışdan qabaq evliliyə özümü hazır hiss etmirdim. Elə onun özü də gərgin iş rejiminə görə evliliyə hazır deyildi. Biz özümüzü sonra evliliyə hazırladıq”.

Modelyer deyib ki, Dereli ailəsi onu tanıdıqdan sonra sevməyə başlayıb:

“Bizim nikahımıza ailəmizin etirazı olmadı. Qarşı tərəf məni gördükdən sonra çox sevdi. Münasibətimizi dəstəklədilər. Bu nikahın onları və bizi xoşbəxt edəcəyini düşündülər”.

Ali nikahdan sonra xanımı ilə iki ölkədə yaşayacağını söyləyib:

“Musiqi və aktyorluq həyatım Türkiyədə davam edir. İstanbul və Bakı arasında iş səyahətlərim olacaq. Mən və Zümrüd işlərim səbəbindən iki ölkədə yaşayacağıq. Əgər Bakıda film və digər layihələr təklif edilsə, burada da sənətimi davam etdirə bilərəm”.

loading...
SHARE
Şərh yaz