Evlilik həyatında kişilər qadınlardan nə gözləyir?

loading...

Evlilik həyatında çox şey müştərəkdir, ancaq gözləntilər fərqli ola bilər. İllər keçsə də, həyat yoldaşları bir-birlərinə istəklərinin nə olduğunu dəqiq bir şəkildə dilə gətirməyə bilərlər. Xüsusilə, kişilər nə istədiklərini izah etməkdə, özlərini ifadə etməkdə çox çətinlik çəkir.

Kişilər qadınlardan nə gözləyir

Evlilikdə kişinin qadından gözləntiləri, ümumiyyətlə, qadının gözləntilərindən daha çoxdur. İkisi də eyni iş yerində işləyib yorulsa da, kişi evə girər-girməz “çox yoruldum” deyib uzanar. Qadının belə bir “ixtiyarı” olmadığı kimi, üstəlik, kişi ondan bir də gözəl “yemək” gözləyə bilər.

Evin nizamlı, paltarlarının təmiz və ütülü olmasını, hətta bəzi kişilər bir stəkan suyu belə həyat yoldaşının gətirməsini gözləyər. Mobil telefonunun harada olduğunu, eynəklərini, corablarını hara qoyduğunu, avtomobilin açarının hara qoya biləcəyini, xülasə, buna bənzər bir çox şeyi qadından həmişə “xidmət” olaraq gözləyir.

Ən əhəmiyyətlisi isə kişilər analarından gördükləri qarşılıqsız “şəfqət”, “sevgi”-ni həyat yoldaşlarından da gözləmələrindədir, lakin anasının “Aa! Burnun axır, gəl silim” dediyi kimi; “Dəsmalını götürdünmü? Açarın, telefonun cibindədir?” və s. suallarla uşaq kimi idarə edilmək yerinə, həm də fiziki gücünü göstərmək üçün həyat yoldaşının özünü bir “qəhrəman” kimi görməsini də gözləyir.

Əsəbilik, azadlıq və qayda tanımazlıq xüsusiyyətlərinə uyğun olduğu üçün kişilər, həyat yoldaşlarının bu duyğularını idarə etməsinə köməkçi olacaq “sakit, səbirli, xoş görüşlü, anlayışlı, idarəçi” olmasını gözləyir.

Bu xasiyyətlərin içində qadınların ən çox təəssüfləndikləri şey “Həyat yoldaşım nə ad günümü, nə də evlilik ildönümümüzü xatırlayır. Demək artıq məni sevmir!” vahimələrinə qapılmalarıdır…

Həyat yoldaşının “Sən mənə nə həyat yaşadırsan?” deyə nankorluq etmək yerinə, özünün mükəmməl bir ata və yoldaş olduğunu ifadə edən “tərif” sözləri gözləyir.

Maddi mövzuda özünü çətinliyə salmayıb, gücünü asan həddindən artıq istəkləri olmayan “ayağını yorğanına görə uzadaraq”, “imkanlı” olmasını gözləyir.

Yoldaşlarının sual kitabı deyil “cavab açarı” olmasını, “səs-küyləriylə” başını “şişirtməməsini” xüsusilə də “göz yaşlarını silah” olaraq istifadə etməməsini gözləyir.

Ehtiyacını ən çox təmin edən, eşqini, sevgisini paylaşacağı sevincdə ortaq, əzab və kədərdə köməkçi, daxili gözəlliyinin yanında zahirinin səmimiləşdirəcək “iffət” və pis əxlaqdan təmizlənmiş, ünsiyyət qura biləcəyi, yaxşı dolanacağı “itaət” və “gözəl əxlaq” gözləyir.

Qısacası kişi qadından, anası qədər “şəfqətli həyat yoldaşı”, güvənəcəyi sadiq bir “dost”, hər şeyi paylaşa biləcək “yoldaş”, söhbət edə biləcəyi, ürəyinə qarşılıq mükəmməl bir “ürək” gözləyir.

loading...
Şərh yaz