Fəridə Ləman

loading...

Rubrikamızın qonağı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Filologiya elmləri üzrə fəlsəfə dok-toru, 40-a yaxın kitabın müəllifi, tədqiqatçı alim Fəridə Ləmandır.

Fəridə Ləman:

“Mənim üçün xoşbəxtlik  həm fiziki həm də  mənəvi cəhətdən sağlamlıqdır.” Jurnalımızın hər sayında bir-birindən maraqlı qonaqlarla oxucuların qarşısına çıxan “Avis-lə İşgüzar” rubrikamızın qonağı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Filologiya elmləri üzrə fəlsəfə doktoru, 40-a yaxın kitabın müəllifi, tədqiqatçı alim Fəridə Ləmandır.

Sizcə işgüzar qadın necə olmalıdır?

İşgüzar xanım olmaq üçün cəmiyyətdə mühit yaranmalıdır. İş həyatında o qədər baryerlər var ki onu aşabilsən işgüzar xanım ola bilərsən. İşgüzar xanım olmaq üçün insanda güc, iradə olmalıdır. Ola bilər ki o güc səndə var, amma sən çox yerdə maneələrlə qarşılaşırsan. İnsan bəzən belə manelərdən bezib iş həyatından uzaqlaşmağa çalışır.

İşgüzar xanım olmağın hansı müsbət və mənfi xüsusiyyətləri var?

Qurduğun işdə demokratiya gözlənilsə bu çox yaxşıdır. İşgüzar xanım olaraq insanlara xeyirxahlıq edə bilirəmsə, ətrafımdakı insanlara faydalı bir şeylər verəbilirəmsə, cəmiyyətə yararlı işlər görəbilirəmsə bütün bunlar işgüzar  xanım olmanın müsbət tərəfləridir.

Ailə sizin üçün nə deməkdir?

Mənə elə gəlirki hər bir xanım üçün ailə hər şey deməkdir. Elə həyatın özü deməkdir. Çünki insan bütün sakitliyini, rahatlığını, xoşbəxtliyini bir sözlə hər şeyini ailəsində tapır, əgər ailə sağlam bir ailədirsə.

Ancaq ailəsindən də çox əziyyət çəkən xanımlarımız var. Bununla məşğul olan “Qadın problemləri komitəsi”var. Xoşbəxt ailə hər bir xanım üçün lazımdır.

İnsan, həyatının hansı anlarında özünü xoşbəxt saya bilər?

İlk növbədə sağlam olanda. Əgər insan sağlamdırsa özünü cəmiyyət üçün gərəkli sayır. Ətrafındakı insanların sağlam əqidə tərzi, fiziki sağlamlığı varsa insan sağlamdır.
İnsan həm fiziki, həm də mənəvi cəhətdən sağlamdırsa özünü xoşbəxt hiss edər. Yəni mənim üçün xoşbəxt insan həm fiziki, həm də mənəvi cəhətdən sağlam insandır.Sağlam bədəndə sağlam ruh olar.

Qarşınıza qoyduğunuz məqsədlərə nail olmusunuzmu?

Mən bəzən oturub düşünürəm, bir qadın kimi müəyyən nailiyyətlər əldə etmiş və cəmiyyətə faydalı işlər görəbilmişəm. Alim kimi alim, tədqiqatçı kimi tədqiqatçı, tənqidçi kimi tənqidçi, şairə kimi şairə; bundan başqa bir qadın üçün nə lazımdır?

Elə şeylər varki Allahdan asılıdır. Cəmiyyətimizdə paxıl, nadan və cahil insanlar da var. Baxır ki sən öz gücünlə qabağa getmisən, nadanlar çalışır ki sənin görən gözünün qabağına pərdə çəksin. Yenə də mən Allahıma şükür edirəm. Mən Allahın köməkliyi ilə müəyyən şeylərə nail olmuşam.  Mən tez-tez müharibə bölgələrində olmuşam. Heç nədən çəkinməmişəm. Hər şeyin talehin işi olduğunu fikirləşmişəm.

Fəridə Ləman

Fəridə Ləman ilhamını nədən alır?

İlhamı nədən alabilərəm? Təbii ki ilhamı Allah verir. Allah o duyğunu  sənin içinə doldurmasa sən heç bir şey yaza bilməzsən. Son vaxtlar demək olar ki şeir yazmıram. Çünki son vaxtlar cəmiyyətdə mütaliəyə qarşı çox zəiflik yaranıb. Televiziyada bir verilişdə bu məsələ haqqında bəhs edilmişdir.

Bu böyüklükdə ölkədə kitab mağazaları bağlanaraq başqa məqsədlərlə istifadə edilir. Cəmi 10 dənə kitab mağazası var. 9 milyon əhalisi olan ölkəmiz üçün bu çox kiçik bir rəqəmdir. Belə olan halda oxucu kütləsi istər

Fəridə Ləmanın, istərsə də bir başqasının əsərlərini necə oxuyacaq?

Deməli Fəridə Ləman öz ilhamını oxucu kütləsindən alır.

Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

Asudə vaxtlarımda Allaha zikr etməyi, Peyğəmbərimiz və Əhli-Beytinə səlavat göndərməyi çox sevirəm. Bağban olmaq mənim ən böyük arzum olub. Xudmani bir bağçamız var.

Asudə vaxtlarımda bağçamızda işləməyi, ağacların tumurcuqlarına baxmağı, torpaqla məşğul olmağı, qohumlara baş çəkməyi, xəstələrə baş çəkməyi sevirəm.

Əldə etdiyiniz hansı nailiyyətin sizin üçün xüsusi əhəmiyyəti var?

Kiməsə kömək etmişəmsə ona sevinmişəm. Mən həyatdaqazandığım müvəffəqiyyətlərimə nailiyyət demirəm.

Həyatda ən çox nəyə əhəmiyyət verirsiniz?

Əlbətdə, birinci növbədə  insanlığa, sadəliyə və səmimiyyətə əhəmiyyət verirəm. Siz çox böyük yükü çiyninizə almısınız. Azərbaycan qadınının problemi ilə məşğul olursunuz.

 Siz həm şair, həm redakdor, həm də Qadınlar Cəmiyyətinin sədrisiniz. Bütün bunlar sizi yormur ki?

Ürəyimin istəyi ilə bu işlə məşğul oluram. Arzum olub ki müstəqil jurnalım olsun. O Azərbaycanın ilk yaradıcı şairə xanımı Məhsətinin adını daşısın. Mən buna nail oldum və  bu jurnal 9 ildir ki işıq üzü görür. Məhsəti şairlər məclisi var. Gənc şairlərin şeirlərinin ortaya çıxmasına, təqdimat mərasimlərinin həyata keçirilməsinə xidmət edir.

Yəni qadınlar üçün bunu etməkdən qürur duyuram və bunu etməkdən yorulmuram. Mənim xeyirxahlıq missiyam insanlara mənəvi dayaq olmaqdan ibarətdir.

İşgüzar xanım və ev xanımı. Bu iki məfhum bir-birindən fərqlənirmi?

İşdən sonra evdə özümü ancaq ev xanımı kimi hiss edirəm. İşgüzarlıq sənin cəmiyyətdə görünən bir tərəfindir. İstəyirsən A

kademiyanın müxbir üzvü ol, istəyirsən Baş Nazir ol fərqi yoxdur. Evə gəldiyin anda ev qadını, ana olursan.

Həyatda arzusunda olduğunuz bir məqsədiniz varmı?

Mən Qazax mahalının Kəmərli kəndindənəm. Bizim kənddə bir məscid var idi. Sovetlər dövründə həmin məscidi uçurtmuşdular. Mənim ən böyük arzum odur ki Allah mənə imkan versin, həmin məscidi bərpa etdirə bilim.Qoy Allah mənim arzularımı eşitsin. Ətrafımdakı xeyirxah insanlar da mənə yardımçı olsunlar.

Özünüzə, yoxsa işinizə çox vaxt ayrırsınız?

Heç özümə vaxt ayırmadım. Bəlkə də mən ona görə tez-tez xəstələnirəm. Dəfələrlə əməliyyat keçirmişəm. Bütün bunlar mənim özümə vaxt ayırmamağımdan irəli gəlib.

Müvəffəqiyyətli bir iş xanımı olmağınızda ailənizin yoxsa dostlarınızın dəstəyi çox olubdur?

Mənim bir dəstəyim Allah olubdur. Bir də özüm-özümə qarşı çox məsuliyyətliyəm. Həyatdakı nailiyyətlərimə görə həmişə Allahıma şükürlər edirəm. Ailəm-dən və dostlarımdan heç vaxt dəstək istəməmişəm.

Azərbaycan qadınının nəyə ehtiyacı var?

Azərbaycan qadınının hər zaman qayğıya ehtiyacı var. Azərbaycan qadını həm cəmiyyətdən həm də ailədən bu qay

Fəridə Ləman

ğını istəyir.

Həyatda qarşılaşdığınız maraqlı hadisə olubmu?

Təbii ki hər bir insanın həyatında qarşılaşdığı maraqlı hadisələr olur. Mənim də həyatımda unuda bilmədiyim maraqlı hadisələr var. Mən buna görə Salatın xanıma (Salatın Əhmədova) minnətdaram.

Noyabr ayının 25 –də Salatın xanım zəng edərək –Həcc ziyarətinə gedəcəyimizi söylədi. Bu mənim üçün çox önəmli və yaddaqalan idi. Mən noyabr ayının 26-da ad günümü o müqəddəs torpaqlarda qeyd etdim. Bunların hamısı Allahın işidir.

Müvəffəqiyyət qazanmağınızın sirri nədir?

Zəhmət, zəhmətkeşlik və məsuliyyət.

Ən  qiymətli əşyanız  nədir?

Mən daş-qaşı sevən adam deyiləm. Təbiət mənzərələri təsvir olunan tabloları çox sevirəm.  Mən əslində əşyaya önəm vermirəm. Mən insanlara və isanlığa dəyər verirəm.

İş həyatındakı xanımlara tövsiyyələriniz varmı?

Hər zaman Allaha və ailələrinə bağlı olsunlar.

loading...
Şərh yaz