loading...

Tərkibi:
Xəmir üçün:
3 st. un
1,5 st. su
20 q yaş maya
2 x.q. şəkər tozu
duz

İç üçün:
100 q kərə yağı
darçın, hil, zəncəfil – hərəsindən 1/4 ç.q.
vanil
2 x.q. şəkər pudrası

Hazırlanması:
İlıq suda şəkər tozu, duz və mayanı əridin. Un əlavə edib xəmir yoğurun. Üzərini dəsmalla örtüb isti yerə qoyun, 1,5-2 saat gəlməsini gözləyin.

İç üçün yağı ədviyyatlarla çalın, bir neçə damcı suda vanili həll edib buraya qatın.

Xəmiri 100 qramlıq kündələrə bölün. 0,5 sm qalınlıqda yayın. Yuxaları ədviyyatlı yağla yağlayın, 5-6 lavaşı üst-üstə yığıb dördkünc kəsin. Hər dördbucaqlını rulet kimi bükün, sonra onu şaquli tutaraq üstündən basıb, diametri 10-15, qalınlığı 1,5-2 sm olanadək yastılayın.

Yağsız tavada bişirin. Süfrəyə verərkən üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

loading...
Şərh yaz