loading...

Yaradıcı heyətin qatıldığı gecədə filmin baş rol ifaçısı, türkiyəli aktyor Murad Yıldırım da iştirak edib.

Xanim.Net xəbər verir ki, filmdən əvvəl jurnalistlərin suallarını cavablandıran aktyor Bakını çox bəyəndiyini deyib:

“Bakıya dünən gəlmişəm və bir sıra yerləri gəzdim, gördüm və çox bəyəndim. Plov, dolma, kabab kimi yeməklərinizdən də dadmışam”.

Jurnalistlərin film haqqında suallarını cavablandıran Murad Yıldırım filmdə tarixi hadisələrlə yanaşı, sevgiyə də yer verildiyini bildirib:

“Kırımlı” filmi II Dünya müharibəsi illərində Almaniyada əsir düşən tatarların taleyindən bəhs edir. Eyni zamanda filmdə sevgiyə də yer verilib. Çəkilişlərimiz çətin şəraitdə keçsə də, maraqlı oldu. Çəkilişlər təxminən 2 aydan çox davam etmişdi. Digər aktyorlarımız çəkilişləri olduğu üçün gecəyə qatıla bilməyib”.

Murad Yıldırım ekran əsərinin tam olaraq siyasi motivlər üzərində çəkilmədiyini deyib:

“Doğrudur, film tarixilik daşıyır, amma siyasi motivlərə üstünlük verməmişik. Daha çox krımlı Türklərin əsir düşsələr də, azadlıqları uğrunda savaşından bəhs edilir. Almanlar özləri də II Dünya müharibəsindən sonra bu haqda filmlər çəkib. Hazırda filmin Berlində nümayiş olunması üçün danışıqlar aparılır”.

Filmin prodüseri Ayfer Özgürer “Krımlı”nın festivallara qatılacağını vurğulayıb.

Qeyd edək ki, ekran işində Murad Yıldırımla yanaşı, Selma Ergeç, Baki Davrak kimi məşhur aktyorlar da rol alıb.

Kamil Əmirli

loading...
Şərh yaz