Feyxoadan hazırlaya biləcəyiniz 4 orijinal yemək və faydası

loading...

Niyə məhz feyxoa ? Birincisi, əla çiyələk, ananas dadına görə.

İkincisi, yod və digər faydalı maddələrlə orqanizmi zənginləşdirmək üçün. Feyxoa yodun miqdarına görə dəniz məhsulları ilə bəhsə girə bilər və orqanizm tərəfindən yaxşı həzm olunur.

Digər faydalı xüsusiyyəti, tərkibində C vitamini, pektin, saxaroza və sellüloza olmasıdır.

Feyxoa zəngin tərkibi sayəsində soyuqdəymədən qoruyur və immuniteti artırır, tropik giləmeyvə və qalxanabənzər vəzinin xəstəlikləri və problemləri zamanı istifadə olunur, həmçinin  maddələr mübadiləsinə kömək edir.

Alma və feyxoadan çiy mürəbbə

  • 1 kq alma
  • 1 kq feyxoa
  • 1 kq qənd
  • 1 limon

Addım 1. Almanın toxumu təmizlənir və doğranılır.

Addım 2. Feyxoanın saplağı və alt hissəsi kəsilir, iri-iri doğranılır.

Addım 3. Limonun qabığını soyuruq.

Addım 4. Hamsını iri bir qaba əlavə edib, şəkərlə qarışdırırıq.

Addım 5. Limonun sayəsində alma və feyxoa qarışığı öz rəngini yaxşı saxlayır.

 

Feyxoa və portağallı salat

  • 5 feyxoa
  • 1 portağal
  • 1/3 limon
  • Bir ovuc qoz ləpəsi
  • 2 x.q. kişmiş
  • Şəkər pudrası

Hazırlanma qaydası:

Addım 1. Kişmişin  üzərinə qaynar su əlavə edib yarım saat gözləyin. Qaynanmış isti  su ilə yuyub   suyunu boşaldın.

Addım 2. Qozu xırdalayıb əzin.

Addım 3. Feyxoa, limon və portağalı təmizləyib dilimlərlərə bölün.

Addım 4. Meyvələri qoz və kişmiş ilə qarışdırın.

Addım 5. Yaxşıca qarışdırıb üzərinə  qaymaq və kirşan əlavə edin. Budur  salatınız hazırdır.

Kərəviz və feyxoa ilə olan salat

  • 3-4 saplaq kərəviz
  • 1 bir ovuc feyxoa
  • 100 qr brınzana
  • Zeytun yağı
  • Limon şirəsi

Hazırlanması:

Addım 1. Feyxoanın saplağını və alt hissəsini kəsib iki hissəyə bölün. Bölən kimi üzərinə limon sıxın ki, rəngi qaralmasın.

Addım 2. Brınzanı kubik şəklində, kələm, kərəvizi isə nazik dilimlərə doğrayın.

Addım 3. Zövqə görə istiot əlavə edin, salatın üzərinə  zeytun yağı töküb özünü tutması üçün 4-6 saat gözləyin.

Feyxoa içli toyuq

  • 1 toyuq
  • 200 qr feyxoa
  • Qırmızı bibər
  • Duz
  • 1 x.q. əridilmiş yağ

Hazırlanması:

Addım 1. Toyuğu yaxşıca təmizləyib yuyuruq.

Addım 2. Feyxoa yuyulur  və təmizlənir. Toyuğu yarırıq və feyxoanı  içərisinə doldururuq. Diş çöpü ilə kəsdiyimiz hissəni bağlayırıq.

Addım 3. Bibəri yağ ilə qarışdırırıq. Toyuğa duz, daha sonra  yağ sürtürük.

Addım 4. 200 dərəcə temperaturda qızardırıq….

Nuş olsun!

 

loading...
SHARE
Şərh yaz