loading...

Şərqdə belə bir deyim var: “İnsanın ən pis düşmənləri belə ona öz fikirlərinin gətirə biləcək bədbəxtlikləri arzulamazdılar”.

Qədim vaxtların ən məşhur həkimlərindən biri olan Avisenna deyirdi: “Həkimin xəstəliklə mübarizədə üç vasitəsi var — söz, bitki, bıçaq”. Diqqət edin ki, söz birinci yerdədir.

Gənc psixoloq Emili Kyi paris hospitallarının birində baş həkimə istinad edərək, öz xəstələrinə gün ərzində üç dəfə 10 dəfə ardıcıl olaraq ucadan “Gün bə gün mən özümü daha yaxşı hiss edirəm” kəlməsini təkrarlamağı söyləyib. Həm də bunu mexaniki olaraq deyil, imkan daxilində daha parlaq təkrarlamağı xahiş edib. Artıq bir aydan sonra bu həkimin pasiyentləri hospitalın tibb personalının, sonra isə bütün Fransanın əsas danışıq mənbəyi oldular. Təəccüblü olsa da, bu faktdır: ağır xəstələr bir ay ərzində sağaldılar, bəzi xəstələrdə isə hətta cərrahiyə müdaxiləsinə də ehtiyac olmadı.

Böyük alim Paraselsanın təxmini təsdiqləndi ki, inam möcüzələr yaradır.
Bizim sağlamlığımız bilavasitə düşüncəmizin nəticəsidir. Hər kəs artıq bilir ki, insanın psixi və fiziki vəziyyəti arasında bilavasitə əlaqə mövcuddur.

Bütün xəstəliklərdən və istənilən infeksiyalardan ən yaxşı müdafiə şəxsi sağlamlığa və müsbət emosiyalara inamdır. Neqativ fikirlər insanı dağıdır. Məsələn, qəzəb həzm yolu xəstəliklərinə səbəb olur. İnciklik zamanla qaraciyər, mədəaltı vəzi və xolesistit xəstəliklərinə gətirib çıxarır.

Ən əhəmiyyətli psixoloji qanunlardan birinə əsasən: sevginin, simpatiyanın və heyranlığın sözlə ifadəsi onun yönəlmiş olduğu insanın həyat enerjisini gücləndirir. Lakin qəddar və pis sözlər isə dinləyicinin enerjisini azaldır.

Pis fikirlərlə bağlı xəstəliklərin ümumi sayı davamlı şəkildə artmağa davam edir. Onlara qarşı müdafiə olunmaq üçün, qədim müdrik adamların məsləhətlərinə əməl etmək lazımdır — həyatın necə çətin olmasından asılı olmayaraq ona sevinmək lazımdır!

Beləliklə, insanın sağlamlığı, həyatı və taleyi birbaşa onun fikirlərindən asılıdır. Bizim daim düşündüyümüz artıq onun olması inamına çevrilir. Bu inam isə real hadisə yaradır…

Məhz bu səbəbdən bu gündən etibarən yalnız yaxşı şeylər haqqında düşünməyə, yalnız ən yaxşı şeylərə ümid etməyə başlayın və heç vaxt boş şeylərə görə narahat olmayın!

loading...
SHARE
Şərh yaz