Fitness qaydaları

loading...

Fitness – söz mənası olaraq “Sağlam və formada olmaq” deməkdir. Bir çox məşqə söykənən bir idman növüdür. Digər bütün idmanlardan fərqli olaraq təməldə əzələlərin tək-tək alətli, ya da alətsiz işlədilməsiylə möhkəmləşdirilməsi və gücləndirilməsi məqsəd qoyular. Əsasən bütün idmanların təməlidir. Çünki hər idman budağında bədəndə ağırlıqlı istifadə edilən əzələ qrupları vardır. Bu əzələ qruplarına kondisyon qazandırılması üçün fitness məşqlərinə müraciət edilər.

Hər məqsədin məşq proqramı bir-birindən fərqlidir. Fitness idmanında bir standartdan söz edilə bilməz. Yəni, hər yaşın, hər həyat tərzinin və bədən tipinin bir-birindən fərqli olaraq bir mütəxəssis tərəfindən izlənilən iş şəkli olmalıdır. 16 yaşında bu idmana başlaya bilərsiniz. Bu idmanın bədən inkişaf etdirmədən iki fərqi var: Əvvəlcə inkişaf etmək üçün deyil, sağlamlıq üçün edilər. Ayrıca bir fitness məşqində kardiyovasküler iş (qaçmaq, pedal çevirmək kimi sizi təngnəfəs buraxacaq, kalori verdirən və gümrahlıq təmin edici məşqlər) ağırlıq çalışması ilə birlikdə edilər. Bu səbəblə əzələlər çox böyüməz, yalnız möhkəmləşər və estetik bir görünüş götürər.
Bir çox fitness proqramları vardır. Əsasən aşağıdakı proqramlar daha geniş istifadə olunur:

  1. kardio-proqramlar
  2. güc proqramları
  3. hərəkətlərin koordinasiyası, balans və stabilliyi inkişaf etdirən proqramlar
  4. elastikliyə xidmət edən proqramlar

Fitnes qaydaları

“Arıqlamaq üçün əlindən gələni edirsən, amma əla bədən quruluşuna sahib ola bilmirsən? Ola bilsin, bədənin idman hərəkətlərinə tez öyrəşir. Belə ki, bədənini daim formada saxlamaq üçün yeni idman hərəkətləri axtarıb-tapmalısan”, – deyə məşqçi Aida Mehdiyeva deyir.

Saatlarla məşq etmək olmaz

fitness

Aparılan müşahidələr göstərib ki, müəyyən fasilələrlə idman edən insanlar fasiləsiz məşqdə olanlara nisbətən daha tez lazımi nəticə əldə edirlər.

Cəld, lakin gərgin hərəkətlər etmək olar

“Qısa, lakin cəld hərəkətlər etməyə çalışın”, – məşqçi deyir. Adətən biz 30 dəqiqə ərzində edə biləcəyimiz 80 faiz hərəkətin 60 faizini bir saat ərzində edirik. Bu yolla sən idman zalında vaxtını itirmədən eyni nəticəni əldə edə bilərsən.

Sallağı oturmağa tənbəllik etmək olmaz

Aida Mehdiyevanın sözlərinə görə, sallağı oturmaqla mədəni arıqlatmaq olmur. Bu hərəkətlər piyi əritmir, lakin əzələləri möhkəmləndirir.

//Aile.lent.az

loading...
Şərh yaz