Fransız qadınlarının arıqlama sirri

loading...

Cazibədarlığı ilə fərqlənən Fransız qadınlarının zəifləmə sirri olaraq bilinən qatığın təsiri elmi olaraq sübut edildi.

Qatığın zəifləmə təsiri sübut edildi. 8 min 500 sağlam qadın və kişinin kilo dəyişmələrini yeddi il boyunca izləyən diyetoloqların qatıq yeyənlərin istəmədən kilo almadığlarını, daha az riskli həyat yaşadıqları təyin edildi.

İspaniyadakı Navarra Universitetindən elm insanlarının reallaşdırdığı əhatəli bir araşdırma gündə bir qutu tam yağlı qatıq yeyən kəslərin istəmədən kilo alma ehtimalının qatıq yeməyənlərdən çox daha aşağı olduğunu ortaya çıxartdı.

8 min 500 sağlam qadın və kişinin kilo dəyişmələrini yeddi il boyunca izləyən heyət, qatığın yeməklərdən sonra istehlak edilməsinə və bu sayədə şirin yeməklərdən qaçınmasına ya da qatığın içində olan bakteriyalarla bağlı ola biləcəyini bildirdilər.

Araşdırmanı reallaşdıran qrupun başında olan Dr. Miguel Martinez-Gonzalez, kilo alışını maneə törətmədə yalnız tam yağlı qatığın təsirli olduğunu, yağsız qatıqları istehlak etmənin zəif qalmağa köməkçi olmadığını ifadə etdi.

Bolqarıstanın paytaxtı Sofyada reallaşdırılan Avropa Obezit Konqresində danışan Martinez-Gonzalez, qatığın kilo artımına maneə törədici təsirinin bol meyvə və tərəvəz təşkil edən Aralıq dənizi diyeti ilə birlikdə istehlak edildiyində artdığını da söylədi.

loading...
Şərh yaz