loading...

Gəlinlik libasının seçimi maraqlı, həyəcanlı və xoş bir məqamdır ki, bu sizin həyatda heç vaxt unutmayacağınız bir gün üçün hazırlıqları nəzərdə tutur. Bununla belə, əgər siz qərarın qəbul edilməsində problemlərlə üzləşdinizsə, əgər ideal bir don tapdığınızı hiss etmirsinizsə və ya əgər artıq 100 mağazaya baş çəkib istədiyinizi tapa bilmirsinizsə, bu zaman libas seçimi üçün bəzi məsləhətlərə diqqət edin.

Gəlinlik axtarışlarına həddən artıq çox insan cəlb etməyin

Əziz xanımlar! Unutmayın ki, fikir çoxluğu yalnız sizə zərər verəcək, çünki eyni zamanda hər kəsi razı salmaq mümkün olmur. Buna görə öz köməkçilərinizi diqqətlə seçin.

Əgər indiyə qədər bilmirsinizsə bu zaman onların sizə nə yaraşdığı haqqında fikirlərini aydınlaşdırın. İlk növbədə öz şəxsi ideyalarına, maraqlarına və fikirlərinə diqqət edən insanları libas seçiminə cəlb etməyin. Bu sizin toyunuz, sizin gəlinliyinizdir və buna görə də ən vacibi sizin hiss etdiyinizdir. Başqa insanların fantaziyası və ya onların dəb qaydaları ilə yaşamayın.

Daxili məhdudiyyətlərə təslim olmayın və sınaqlardan keçməyə çəkinməyin

Siz yəqin ki, libas seçimindən əvvəl dəbli toy jurnallarını vərəqləyib maraqlı ideyalar axtarmısınız. Bu halda əsas yalnız bir stilə deyil, bir neçə stildə, formada, teksturada olan donlara diqqət etməkdir.
Çox vaxt jurnallardakı libas sizin bədən quruluşunuza uyğun gəlmir. Başlanğıc üçün bir neçə silueti yoxlayın. Bu sizin bədən formanıza daha çox necə libas yaraşdığını müəyyən etməyə kömək edəcək. Ümumi biçimi müəyyən etdikdən sonra, müxtəlif kəsiklər, rənglər və teksturaya diqqət edin.

Düşüncəli olun

Öz gəlinliyiniz haqqında xəyala qapılmaqdansa əvvəlcə toyun özünün stilini, həmçinin mərasimin keçiriləcəyi yeri, ilin fəsilini və mərasimin mövzusunu müəyyən edin ki, seçdiyiniz libas ümumi abu-havaya uyğun gəlsin.

Hər şeydən əvvəl, özünüzə xatırladın ki, tələsməyib toy təlaşından həzz almaq lazımdır. Fikirinə inandığınız yaxın dostunuz və ya qohumunuzun köməyini əsirgəməyin. Onlar sizə satıcıların təzyiqindən qaçmağa kömək edəcəklər. Bundan başqa öz arzu etdiyiniz gəlinliyi tapmaq üçün onlarla müxtəlif don variantını geyinib ölçməyə də çəkinməyin.
İstədiyiniz libası tapdıqdan sonra müxtəlif gəlinlik salonlarını gəzməyə və kataloqlara baxmağa dayanın. Bu məsləhəti dinləsəniz siz məyus olmayacaqsınız.

Büdcənizi keçməyin

Ehtimal ki, siz artıq gəlinliyə nə qədər pul verə biləcəyinizi müəyyən etmisiniz. Büdcəniz nə qədər olursa olsun, çalışın məhz ona uyğunlaşasınız ki, sonda əhvalınız korlanmasın.

loading...
Şərh yaz