Geyimdə narıncı rəngin çalarları

loading...

Demək olar ki, narıncı rəngdən başqa belə isti və parlaq rəng yoxdur.

Qışda səmanı buludlar örtdükdə, qaranlıq və dəhşətli soyuq vaxtı, küçədə narıncı gödəkcədə bir insan görmək çox xoşdur, çünki bu zaman yenidən günəşin toxunması hiss etmək mümkün olur. Hətta yayda belə bu rəngdən istifadə edən xanımları topludan ayırmaq mümkündür.

Narıncı ən gülərüz, gənc və şən rəngdir. O hissləri stimullaşdırır və ürək döyüntüsünü sürətləndirir, götürmə qabiliyyətini kəskinləşdirir və çətin vəziyyətlərin, məsələlərin və problemlərin həllinə imkan yaradır.
Narıncı rəngin həvəskarları həm işləyə həm dincələ bilirlər. Onlar avantürizmə meyllidir və azarkeşliklə doludurlar və onların həmişə yaxşı əhval-ruhiyyəsi olur. Onlar insanların arasında olmağı xoşlayır, onların ideyaları orijinal olur, onlar çox inadkar və inadlı olurlar.

Narıncı rəng hətta göy, bənövşəyi, qırmızı rənglə çox orijinal uyğunlaşır. Bu rəng tünd və açıq rənglərlə də çox gözəl uyğun gəlir.narinci

Bəzi dizaynerlər hesab edirlər ki, narıncı rəng köynəklərin və topların tikilməsində istifadə etmək daha yaxşıdır, nəinki şalvar və ya yubkaların. Amma yenə də bu ciddi qayda deyil və siz onu poza bilərsiniz.

Solğun üz rəngi, sönük dodaqlar, yaşıl, göy və ya boz rəngli gözləri olan sarışın xanımlara orta tündlüyü olan qırmızımtıl narıncı rəngi uyğun gəlir. Üz rəngi çox solğun olarsa narıncı rəngi göy tonla uyğunlaşdırmaq olar.
Əgər üz dərisi tutqun çalara malikdirsə, bu zaman narıncı-qəhvəyi rənglər uyğun gəlir. Belə xanımlara parlaq narıncı ton uyğun gəlməyəcək.

2

Parlaq qırmızı yanaqları, yaşıl, boz və ya göy gözlü sarışın xanımlar narıncı rəngli geyimlərin tünd göy rəng ilə uyğunluqda çox cazibədar və gözəl görünürlər.

Parlaq qırmızı yanaqları, qonur və ya qara gözlü sarışın xanımlara təmiz rəngli tünd və açıq çalarlı parçalardan hazırlanmış geyimlər uyğun gəlir. Bu qırmızımtıl narıncı, narıncı, açıq bozumtul narıncı rənglər ola bilər.
Göy, yaşıl və ya boz gözlü kürənsaç qadınlar adətən tutqun-ağ dəriyə malikdirlər. Onlara daha çox yumşaq qırmızımtıl narıncı , yaşıl və ya göy işləməli parçalardan hazırlanmış geyimlər daha çox uyğun gəlir.
Zərif qırmızı yanaqları olan qarasaç xanımlar açıq narıncı rəngli geyimlərdə əla görünəcəklər.

3

Solğun üz rəngi və tünd, qarasaç və şabalıdı rəngdə saçları olan xanımlar açıq narıncı rənglərə üstünlük versələr yaxşıdır.

Qarabuğdayı dərisi, tünd qara saçları, parlaq qırmızı yanaqları olan, yaşıl, boz və ya qonur gözlü xanımlara narıncı rəng çox yaraşır.

Amma qarabuğdayı qara saçlı xanımlara bu rəng uyğun gəlməyəcək

Parlaq qırmızı yanaqları olan xanımlar hətta ən tünd narıncı rənglərdən istifadə edə bilərlər.
Qarabuğdayı dərisi olan şabalıdı saç sahibələrinə isə geyimdə narıncı və ya sarımtıl narıncı rəngdən istifadə etmək məsləhət deyil.

4

Bu tonda olan çantalar, muncuqlar, qolbaqlar və şərflər çox dəbli və aktual aksessuarlar sayılır. Onlar istənilən geyimi canlandırır, hətta ən ciddi kostyumu belə maraqlı edirlər.

loading...
Şərh yaz