Geyimdə qeyri-seksual rənglər

loading...

Bir çox qadınlar şəxsi qarderob seçiminə xeyli miqdarda vaxt sərf edirlər, lakin nəticədə bir səbəbə görə hiddətlənirlər ki, kişilər onların cəhdlərə baxmayaraq, onlara diqqət etmirlər. Bunun nə üçün belə olduğunu gözəl cinsin nümayəndələri çox vaxt anlamır. Sən demə hər şey seçilmiş geyimin rəngindən asılıdır.

Çox adam bilmir ki, əslində geyim seçərkən rəng əsas rol oynayır. Müəyyən rəng qamması var ki, kişilərin diqqətini cəlb edir, digərləri isə onları sizdən uzaqlaşdırır. Sizlərə geyim seçərkən çəkinməyiniz məsləhət olunduğu rəngləri təqdim edirik.

Ən istənilməyən rəng kimi narıncı rəngi qeyd etmək olar (daha çox kök rənginin çalarları). Bu tip donlar, köynəklər və kapron corablar kişiləri cəlb etmir və bəzən hətta qorxudur. Bu rəng uşaqlıq və ya xəstəlik ilə assosiasiya edilir. Belə qadın isə çətin ki, kiminsə marağına səbəb olsun. Xüsusilə də narıncı rəngin solğun çalarları arzuolunmazdır. Gəlin açıq danışaq: bu rəng praktiki olaraq heç kəsə yaraşmır və çox vaxt digər rənglər ilə uyğunlaşmır. əgər siz bu rəngi çox sevirsinizsə, bu zaman çalışın 1-2 detal ilə kifayətlənəsiniz.

Növbəti marker rəngləridir ki, bura neon qırmızı, bənövşəyi, çəhrayı, yaşıl və artıq qeyd etdiyimiz narıncı rəng aiddir. Bu rəngdə olan geyimlərdə siz ehtimal ki, daha çox reklam lövhəsinə bənzəyəcəksiniz ,nəinki kişinin xəyalında arzuladığı qadına. Uğursuzluq sirri sadədir: kişiləri belə əşyalar sadəcə qıcıqlandırır. Qıcıqlanma və arzu isə təbiətdə kifayət qədər nadir hallarda rast gəlinən mürəkkəb uyğunluqdur. Bu rəng qamması xüsusilə sakit və müntəzəm həyat tərzi sürən və fikrini işgüzar məsələlərdə cəmləşdirənlər üçün uyğun gəlmir.

Bu həmçinin tərkibinə lyureks qatılmış parçalara da aiddir. Bəli, onlar indi aktualdır. Bu tip geyimlər hal-hazırda çox tələb edilən və məşhur olsa da, yenə də bu geyimlərdən bacardığınız qədər az istifadə etməyi məsləhət görürük çünki onlar kişilərin heç xoşuna gəlmir.

Sarı və boz rəngin bəzi çalarları da bu siyahıya düşür. Başqa rənglərlə düzgün uyğunluqda bu rənglər əlbəttə ki, pis görünmür. Lakin çox vaxt bu rənglər insanlara sıxıcı gəlir. Belə əşyaları şəxsi qarderobunuz üçün saxlasanız yaxşıdır.

Romantik görüşdə həmçinin solğun çalarlar da yersizdir. Əlbəttə ki, parlaq üz xüsusiyyətləri, qalın uzun saçları və iri sinəsi olan qadınlar hər cür rəng çalarlarından istifadə edə bilərlər. Amma hər kəs özünü düzgün qiymətləndirməyə və öz obrazını mümkün qədər daha çox maraqlı etməyə çalışmalıdır. Bu halda onlar daim əks cinsin diqqətində olacaqlar.

Son olaraq qeyd etmək istərdik ki, rənglərdən başqa parçanın naxışı da önəmlidir. Görüşə gedərkən geyiminizdə “uşaq” şəkillərdən imtina edin, çünki onlar dərsdən qaçmış məktəbli qız təsəvvürünü yarada bilər. Bu məqamı nəzərə alın və daha münasib geyim seçməyə çalışın. Belə olduqda siz öz partnyorunuz üçün həmişəlik istənilən bir qadın kimi qala biləcəksiniz.

loading...
Şərh yaz