Geyimin köməyi ilə qaralmış dərini necə vurğulamaq olar?

loading...

Yay vaxtı qaralmış dəri çox gözəl görünür! Lazımlı dərəcədə günəş vannaları qəbul etmiş xanımlar daha sağlam və qulluq edilmiş görünür, onların qaralmış dərisi xarici görünüşlərinin xırda qüsurlarını gizlədir, dişləri isə daha bəyaz və parıltılı göstərir. Qaralmış dərini vurğulamaq üçün düzgün geyim seçimi köməyinizə çatacaq. Biz sizə qaralmış dərini vurğulamaq üçün düzgün rəng seçimindən danışacağıq.

Ağ rəng

Aydındır ki, ağ rənglə ziddiyyətə görə dəriniz daha da qaralmış görünəcək. Lakin başdan ayağa ağ rəngli geyim geyinmək məsləhət deyil, çünki bu zaman hər kəs sizə deyil, sizin geyiminizə baxacaq. Optimal variant kimi geyimin dəriyə yaxın yerində ağ rəngli kantın olmasıdır.

Qızılı-bej rəng

Bu kirşan çaları sizin qaralmış dərinizdən iki ton daha açıq rəngdə olmalıdır ki, siz lazımlı effektə nail olasınız. Qum çalarında olan don seçib, onu eyni rəngli əl çantası və ayaqqabılarla uyğunlaşdırmaq olar.

Nanəli-yaşıl rəng

Bu rəng hal-hazırda heç vaxt olmadığı kimi aktualdır! Bundan başqa, zərif nanəli çalar dərinin qaralmasını əla vurğulayır. Bütün əşyaları bu rəngdə seçmək də vacib deyil, siz onu istənilən pastel çalarları ilə uyğunlaşdıra bilərsiniz.

Çəhrayı rəng

Əgər siz zərif çəhrayı rəngli sarafan və ya mayka geyinsəniz, bu zaman qaralmış dərinizin necə parlaq və gözəl görünməsinə şahid olacaqsınız. Bu halda əsas obraz yaradarkən çox dərinə getməyib həddi bilmək vacibdir.

Yasəmən və bənövşəyi rənglər

Qarayanız xanımlar adətən gözəl zeytuni çalarda qaralırlar. Onlara açıq yasəmən rəngin istənilən çaları uyğun gələcək. Əgər ahəngdar obraz yaratmaq istəyirsinizsə bu zaman belə rəngləri ağ, nanəli-yaşıl və zərif bej rəngləri ilə uyğunlaşdırın.

Mavi rəng

Sizin qaralmış dərinizə mavi rəngin hansı çalarının uyğun gəldiyini aydınlaşdırın. Mavi rəng “şokoladlı” dəriyə xüsusi gözəllik verə bilər.

Qaralmış dərini siz bəzək əşyalarının köməyi ilə də vurğulaya bilərsiniz! Bu məsələnin öhdəsindən qızılı və gümüşü rənglər daha yaxşı gəlir: boyunbağı, bilərzik, sırğalar, kulon və s. Əgər siz qaşlı bəzək əşyalarına üstünlük verirsinizsə, bu zaman topaz və zümrüddən istifadə edin. Bijuteriya və müxtəlif aksessuarlar seçərkən, onların firuzəyi, salat və ya fuksiya rəngində olmasına diqqət edin. Parlaq bəzəklər də, qaralmış dərini vurğulaya bilər, lakin onlardan lazımlı dərəcədə istifadə etmək lazımdır ki, yeni il ağacına bənzəməyəsiniz.

loading...
Şərh yaz