Görmənin yaxşılaşması üçün bir neçə effektiv tapşırıq

loading...

№ 1 tapşırıq. Pəncərəyə baxırıq

Plastilindən nöqtə düzəldirik və şüşəyə yapışdırırıq. Pəncərənin arxasında uzaq bir obyekti seçirik, bir neçə saniyə uzağa baxırıq, sonra baxışı nöqtəyə keçiririk. Sonra yüklənmələri çətinləşdirmək olar – dörd müxtəlif seçilmiş obyektlərə fokuslanmaq olar.

№ 2 tapşırıq. Masaj

“Qorxmuş insanın baxışını” edirik. Düz otururuq. 5 saniyəlik gözlərimizi  bərk yumuruq, sonra onları geniş açırıq. Bu prossesi 8-10 dəfə təkrarlayırıq.

№ 3 tapşırıq. Hidromassaj

Gündə iki dəfə, səhər və axşam, gözləri yaxalayırıq. Səhər hiss olunacaq dərəcədə isti su ilə ( yanmadan!), sonra  isə soyuq. Yatmazdan əvvəl  əks tərzdə – əvvəl soyuq su ilə, daha sonra isti su ilə yuyuruq.

№ 4 tapşırıq. Şəkil çəkirik

Gözlər üçün ilk yardım – onları bir neçə dəqiqə bağlayın və nə isə xoş bir şey təsəvvür edin. Əgər siz  əllərinizin ovucunu gözlərinizə sürtəniz və alının ortasında barmaqları çarpazlaşdırıb gözlərinizi isti ovuclarla örtsəniz, onda effekt daha gözəl olacaq.

№ 5 tapşırıq. “Gözlüklərlə güllələyirik”

  • Yuxarı-aşağı maksimal amplituda ilə baxırıq.
  • Saat əqrəbi istiqamətində və geri dairə çəkirik.
  • Yuxarı sağ gözün daxili küncündən və sol gözün xarici küncündən baxışı sağ gözün   xarici küncünə və solun daxili küncünə aparırıq. Sonra  əks tərəfə.
  • Baxışla kvadratı çəkirik.
  • Baxış qövs üzrə gedir – qabarıq və çökük.
  • Baxışla rombu dairələyirik.
  • Gözlərlə bantları çəkirik.
  • S hərfinə baxırıq – əvvəlcə horizontal vəziyyətdə, sonra vertikalda.
  • Gözlərlə vertikal qövslər çəkirik, əvvəlcə saat əqrəbi istiqamətində, sonra –əksinə.
  • Bir küncdən başqa bir küncə baxışı kvadratın diaqonalları üzrə hərəkət etdiririk.
  • Buruna barmağı yaxınlaşdırıb var gücü ilə ucuna göz bəbəklərini yaxınlaşdırırıq.
  • Tez-tez gözlərimizi qırpırıq ( bacardığınız qədər çox) – kəpənək qanadlarını yellədiyi kimi.
loading...
Şərh yaz