Göz rənginə görə xarakteriniz

loading...

Hər şeyi bizə olduğu kimi göstərən gözlər nəyi izah edir görəsən, heç maraqlandınızmı? Gəlin göz rənglərinin nə mənanı verdiyini birlikdə öyrənək.

  • Mavi göz: Enerjiləri ilə hər kəsi özünə heyran buraxan kəslərdir. Təkrarlanmaqdan heç xoşlanmazlar. Ən diqqətə çarpan xüsusiyyətlərindən biri comərdlikləridir. Xəyalpərəst strukturları, həqiqətləri görməklərinə  çox vaxt mane olar. Göy göz qadınlar cazibədar və ehtiraslıdırlar, onlar aşiq olduqları zaman güclü hisslərə qadir olurlar. Onlar mübahisə etməyi sevirlər və tez-tez coşan ehtirasla, öz haqlı olduğunu sübut etmək üçün qorxulu işə girişməyə hazır olurlar.
  • Boz göz: Maraqlı, ağıllı, namuslu və sağlam düşüncəli insanlardır, ayaqları üzərində möhkəm dayanmağı bacarırlar. Bir qayda olaraq, onlar heç yerə tələsmirlər, lakin bu zaman hər yerdə yaxşı qarşılanılar. Öz intuisiyalarına güvənirlər.
  • Boz-mavi gözlər: Bu rəng gözlər al və mavi rənglə uzlaşır. Onları öz qüvvəsinə inam, məqsədyönlülük, sakitlik, əmin-amanlıq, inam fərqləndirir. Belə qadını özündən çıxarmaq çox çətindir! Bundan başqa intuisiyaya və çevik təfəkkürə malikdirlər. “Meksika ehtirası” onlar üçün deyil, onlar bir qədər soyuq təbiətli olurlar.
    Boz-mavi gözləri olan qızlardan, vəfalı,sədaqətli,bir sözlə əla həyat yoldaşı alınır.
  • Yaşıl Göz: Aqresif strukturları olmalarına baxmayaraq, ətrafdakı insanları qırmaqdan çox qorxarlar. Bu səbədən qarşısındakı insanla bağlı düşüncələrini dilə gətirməkdən çox vaxt çəkinərlər.
  • Ala Göz: Hissləri olduqca güclü olan kəslərdir. Xüsusiyyət strukturları, tez qırılmalarına səbəb olar. Qürurları bir dəfə qırıldımı üz verməzlər. Normalda olduqca yumşaq qəlbli insanlardır. Ən əhəmiyyətli xüsusiyyətləri anlayışlı olmalarıdır.
  • ıq qəhvə rəngli gözlər: Özü ilə əlaqədar şeyləri olduğu kimi izah etməkdən çəkinməzlər. İdarəçi insanlardan çox xoşlanmazlar. Toz çəhrayı gözlərlə həyata baxdıqlarından çox tez qırılarlar amma tez özlərini ələ alarlar.
  • Tünd Qəhvəyi rəngli Göz: Həyəcanlı strukturlarının yanında intizamlı və nizamlı yaşamağı seçərlər. Qərarlarını ümumiyyətlə romantik olaraq verərlər. Humanist strukturlarını bir anda buraxıb, kinli birinə çevrilə bilərlər. İdarə edilən deyil, idarə edən olmağı seçərlər.
  • Qara göz: Bu rəng gözü olan qadınlar çox enerjili və ehtiraslıdırlar. Eşqbazlıq etmək onlar üçün nəfəs almaq kimidir. Ətrafdakı insanlardan necə gözəl, ağıllı olmağı eşitməyi və daim diqqət mərkəzində olmağı sevirlər. Bu onlar üçün dopinq kimidir. Bu qadınlar hakimiyyətə can atırlar. Onlar aqressiv, tədbirli və ehtiraslıdırlar. Asanlıqla inciyirlər və bu incikliyi də asanlıqla unudurlar. İnsanlarla asan ünsiyyət qururlar, əla yumor hissləri var. Qara göz xanımlar qısqanc olurlar, amma bu keyfiyyəti bildirməməyə üstünlük verirlər.
loading...
Şərh yaz