loading...

Müasir texnologiyaların inkişafı insanlarda göz zəifləməsinə səbəb olur. Ancaq müəyyən məşqlərlə görməni bərpa etmək mümkündür. Sizə bir neçə məşq təqdim edirik. Diqqətinizə çatdıraq ki, burada verilən “rəvan” və “intensiv” hərəkətlər sözlərini hərfi mənada qəbul edib, əməl etmək lazımdır. Məşqlər 5 dəqiqə vaxtınızı alacaq.

 Kompleks 1. Qan dövriyyəsini yaxşılaşdırırıq.

Gözlərin zəifləməsində göz əzələlərində qan dövriyyəsinin zəifləməsi xüsusi rol oynayır. Sığallama, vibrasiya, təzyiq etmək, ovuşdurma əsas massaj növləri kimi qan dövriyyəsini yaxşılaşdırmağa kömək edir. Göstərici və orta barmağınızla gözləriniz ətrafında səkkiz yazaraq hərəkət edin. Gözlərin aşağısı ilə buruna tərəf, oradan isə qaşların üzəri ilə kənarlara doğru hərəkət edin. Bu hərəkıti 8-16 dəfə təkrar edin. Bu hərəkətləri aşağıdakı massaj hərəkətlərlə birlikdə edin. Hərəsini 6 dəfə təkrar edin.

  1. Gözlərinizi üfüqu xətt üzrə sağa və sola hərəkət etdirin.
  2. Eyni hərəkəti edin ancaq yuxarı və aşağı.
  3. Gözlərinizlə saat əqrəbinin hərəkəti, sonra əksi istiqamətində dairəvi hərəkətlər edin.
  4. İntensiv şəkildə və sürətlə gözlərinizi qıyın və boşaldın.
  5. Gözlərinizlə diaqonal üzrə – sol aşağı küncdən sağ yuxarı küncə hərəkət etdirin.
  6. Barmağınızı burnunuzun üst hissəsinə qoyun və hər iki gözünüzlə onu görməyə çalışın.
  7. Tez-tez göz qırpın.
  8. Pəncərəyə bir dairə yapışdırın, bayırda isə bir obyekt seçin. Bu iri bir ağac və ya maşın ola bilər. Pəncərədən 2 metr aralı gedin. Baxışlarınızı pəncərədəki obyektə və bayırdakı obyektə növbə ilə yönəldin.

 Kompleks 2. Yaxından görməyə yox deyək.

3-5 dəqiqə vaxt tələb olunur

Bu məşqlər yaxındangörməni aradan qaldırmaq üçündür. Əsas vəziyyət: stula oturun və rahatlanın.

  1. Arxaya söykənin dərindən nəfəs alın, önə gəlib nəfəs verin.
  2. Stula söykənin, gözlərinizi bağlayın, möhkəm qıyın, sonra açın və əsas vəziyyətə qayıdın.
  3. Əlinizi belinizə qoyub başınızı sağa döndərin. Sağ dirsəyinizi görməyə çalışın. Sonra sol tərəflə eyni hərəkəti etməyə çalışın.
  4. Yuxarı baxın. Gözlərinizlə saat əqrəbinin hərəkəti istiqamətində və əksinə dairəvi hərəkət edin.
  5. Qollarınızı qabağa aparın, gözünüzü barmaq ucundan çəkməyin. Qollarınızı qzldırıb nəfəs alın, qolları endirərkən nəfəs verin. Hərəkət ərzində gözlərinizi barmaq ucundan çəkməyin və başınızı tərpətməyin.

 Kompleks 3. Yorğunluğa yox!

5-7 dəqiqə tələb olunur.

Göz əzələlərinin yorğunluğunu aradan qaldırmaq üçün məşqlər.  Onlar çox vaxt aparmır. Bütün orqanlara vaxtaşırı istirahət vermək lazımdır.

  1. Gözlərinizi bağlamadan havada 8 yazmağa çalışın. Bu hərəkət heç bir sürətli hərəkət olmadan, rəvan şəkildə edilməlidir. Bu zaman nəfəsinizin münətəzm 5-7 dəfə olmasına diqqət edin.
  2. Sağ əlinizi qabağa açın, 5 saniyə ərzində baş barmağınıza baxın. Yavaş, rəvan şəkildə əlinizi sağa doğru aparın, bu zaman gözünüzü barmaqdan çəkməyin. Baş tərpənmir! Sol əllə də təkrar edin. 5-7 dəfə olunur.
  3. Uzaqdakı hər hansı bir obyektə bir neçə saniyə ərzində baxın. Sonra əlinizi qabağa elə qaldırın ki, barmağınız gözünüzdən 25-30 sm aralı olsun. 5 saniyə baş barmağın ucuna baxın. Sonra yenidən uzaqdakı obyektə baxın. Bunu 10-12 dəfə təkrar edin.
  4. Əlinizi gözünüzdən 25-30 sm uzaqlıqda yuxarı qaldırın. 5 saniyə barmaq ucuna baxın, sonra sağ gözünüzü bağlayıb 5 saniyə sol gözlə baxın. Daha sonra gözü açıb 5 saniyə baxıb indi sol gözünüzü bağlayın, 5 saniyə sağ gözlə baxın. Bütün məşq boyu gözünüzü barmaqdan çəkməyin. Məşq 10-12 dəfə təkrar edilir.

Bu məşqləri sistematik etməklə gözünüzün daha yaxşı gördüyünü və yorulmadığını hiss edəcəksiniz. Görməniz tam bərpa olunana kimi məşqləri dayandırmayın.

loading...
SHARE
Şərh yaz