loading...

Xanımları narahat edən kosmetik problemlərdən biri də göz altında genetik və ya fiziki faktorlarla bağlı yaranan göz altı kölgələrdi. Xanim.Net kosmetoloq Nailə Rüstəmovadan bu problemin həlli ilə bağlı bir neçə məsləhət alıb. Həmin məsləhətləri təqdim edirik:

– Cəfəri yeyin:
maydanoz
Əgər Sizin sağlamlıqla bağlı hər hansı xroniki probleminiz yoxdursa o zaman, hər zaman 1 dəstə cəfəri yeməyinizdə fayda var. Bu həm cildinizi nəmləndirib, təravətləndirəcək həm də gözaltı qara kölgələrin tədricən azalmasına gətirib çıxaracaq. Kiçik bir tənzif içərisində doğranmış və ya sıxılmış cəfərini gözaltınıza qoayaraq 15-20 dəqiqə saxlamaqda da fayda var.

-Alma maskası:
alma
Alma püresi və ya alma qabığını 20-30 dəqiqə gözaltında saxlayaraq qara kölgələri azalda və onlardan xilas ola bilərsiniz. Proseduru ən azı həftədə 3 dəfə etmək lazımdır.

loading...
Şərh yaz