Gözaltı qaraltılardan xilas olmağın yolları

loading...

Daha çox yuxuya ehtiyac duyan kəslərdə görünən göz altı qaraltılar üçün təkliflərimiz var. Gözaltı qaraltılar xüsusilə qadınları estetik cəhətdən çox narahat edir. Xoşagəlməz görüntünü müalicə etmək üçün müxtəlif kremlər və təbii maskalar istifadə edə bilərsiniz.

Göz altı qaraltılarının başlıca 3 səbəbi vardır. Bunlardan birincisi, gözaltı dəridə pigmentin artması, bu səbəbdən gözlərin altı qızılı qəhvəyi rəngə çevrilir. İkinci səbəb, göz altı dərinin incəlməsi nəticəsində damarlardakı qanın görünməsidir. Üçüncüsü isə, yaşlanmayla bağlı olaraq gözaltı dəridə kölgələrin və qaraltıların meydana gəlməsidir.

Bunlara əməl etsəniz bu problemi ortadan qaldıra bilmək mümkündür.  Qadınlar üçün bu görünüşə sahib olmaq baxımsız bir sifəti də qazanmaq deməkdir. Daha çox bu fakta rast gəlinən kəslər kompüter başında uzun müddət qalan, stress və az yuxu yatan kəslərdir.

Bu görünüşü ortadan qaldırmaq üçün isə bunları tətbiq edə bilərsiniz:

İncə dilimlənmiş kartof dilimini gözaltına qoyaraq 10 dəqiqə saxlaya bilərsiniz. İdeal tətbiq üsulu isə həftədə 2-3 dəfədir.

Badam yağından bir damla barmaq uclarınıza damladaraq gecə üz yuma əməliyyatından sonra yüngülcə masaj şəklində göz altına yedirə bilərsiniz.

Yarım xiyarı doğrayaraq göz ətrafınıza bərabər halda qoyaraq 10 dəqiqə saxlayın.

Makiyaj ilə yatağa qəti girməyin. Yatmazdan əvvəl makiyajınızı təmizləyin.

Bol su içməniz lazımdır.

Kompüter başında olan zaman  hər  bir saatdan bir, 1 dəqiqə gözlərinizi bağlayaraq istirahət etdirin.

loading...
Şərh yaz