Gözəl dəri üçün istifadə olunaq məhsullar

loading...

Üzün daha uzun müddət hamar, parlaq və təravətli qalması üçün nə yemək lazımdır? Sizə kosmetoloqlar və diyetoloqlar tərəfindən məsləhət görülən bir neçə məhsulu təqdim edirik.

Tam olaraq gözəl görünmək üçün təmiz havada gəzinti, dəyərli yuxu və idmanla məşğuliyyətlər bəs eləmir. Bizim dərimiz qidalanmadan çox asılıdır. Hətta üz üçün ən effektiv kremlər belə balanslaşdırılmamış rasion qarşısında gücsüz olacaq. Buna görə öz qidalanmanızı nizama salın, yağlı və duzlu yeməklərdən imtina edin, daha çox təzə tərəvəzlər, meyvələr və süd məhsullarından istifadə edin.

  • Balıq və dəniz məhsullarıbaliq-ve-deniz-mehsullari
    Xüsusilə yağlı balıq növlərinin zəngin olduğu sink, dərinin yenilənməsində və kollagenin sintezində baş rol oynayır. Bu elementin çatışmazlığı vaxtından əvvəl qocalmaya səbəb olur. Balıqlarda olan spesifik piyli turşular dərinin nəm qalmasını təmin edir və iltihabın inkişafına mane olur. Bundan başqa, sink qan dövranını yaxşılaşdıraraq ürək arteriyalarının vəziyyətini yaxşılaşdırır. Bundan başqa “balıqda” olan sink yağlı vəzilərin iltihabına və sızanaqların və angvillərin yaranmasına mane olur.
  • Sitruslarsitrus
    Əsas cavanlıq vitaminlərindən biri – C vitaminidir. Siz bu maddəni bir çox üz kremlərinin tərkibində tapa bilərsiniz. C vitamini birləşdirici toxumaların inşaat zülalı kollagenin hazırlanmasını stimullaşdırır. Nə vaxt ki, bu elementin sintezi yavaşıyır, dəri daha çox sallanmağa başlayır. C vitamini əla antioksidləşdiricidir ki, bizim hüceyrələrimizi dağıdan azad radikalları neytrallaşdırır.
  • Narıncı və yaşıl rəngli tərəvəzlərterevez
    Əgər sizin dərinizdə iltihab yaranıbsa, bunun mümkün səbəbi A vitamininin çatışmazlığı ola bilər. Bu antioksidləşdirici daha çox narıncı və yaşıl tərəvəzlərin tərkibində olur. Məsələn kök və yaşıl yarpaqlı tərəvəzlərdə olan beta-karotin cavanlıq müddətini uzadaraq hüceyrələrin yeniləməsinə imkan yaradır. Lakin unutmayın ki, A vitamini yalnız yağın təsiri altında mənimsənilir. Ona görə kökü bitki yağı və ya xama ilə yeyin.
  • Qoz – fındıqqoz-findiq
    Badamın və fındığın tərkibində olan E vitamini dəri üçün xüsusilə faydalıdır. Bu vitamin dərinin qocalmasını yavaşıdaraq möcüzəvi şəkildə azad radikallarla mübarizə aparır. Həmçinin o dərini ultrabənövşəyi şüaların zərərli təsirindən müdafiə edir, lazımlı rütubət balansını saxlayır və ümumiyyətlə dərini daha gənc və təravətli edir.
  • Bütöv dənli bitkilərdenli-bitkiler
    Bu məhsullar rutin maddəsinin sayəsində antioksidləşdirici təsirə malikdir. Bu element iltihabın inkişafına mane olur və başqa dəri xəstəliklərinin simptomlarının qarşısını alır. Bundan başqa bu məhsullar E vitamini və yağlı turşularla da zəngindir.
loading...
Şərh yaz