loading...

Bizim hər birimiz sıyıq bişiririk. Kim daha nadir hallarda, kim isə daha tez-tez. Amma, yəqin hamı bilmir ki, yarmalar təkcə bizim sağlamlığımıza deyil, həm də gözəlliyimizə kosmetik təsir göstərə bilir.

Bizim əcdadlarımız praktik olaraq hər gün sıyıq yeyirdilər. O zaman dəbli dərmanlar və kosmetik vasitələr yox idi, buna görə də aydın olur ki, onlar əsasən qidalanmanın hesabına sağlam və gözəl qalırdılar.

Əgər müntəzəm olaraq sıyıqdan istifadə etsəniz o zaman onların tərkibində olan vitamin A, B, C qrupları, E, P, PP, folio turşusu, zülal, sellüloz, dəmir, kalsium, kalium, natrium, mis, sink, maqnezium, fosfor – dərinizin strukturunu bərpa edəcək, onu hamar və  ipək kimi yumşaq edəcəkdir.

Ev şəraitində yarmalardan bir çox faydalı maskalar hazırlanır. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

  • Dərinin istənilən tipi üçün qarabaşaqdan maska. 1 x.q yuyulmuş və qurudulmuş qarabaşağı kofe üyüdəndə üyüdün. Üzərinə 1 çay qaşığı bal, 1 çay qaşığı xama və 10 damcı limon şirəsi əlavə edin. Üzünüzə sürtüb , 10 dəqiqədə saxlayın. Maskanı üzünüzdən isti suyla yuyub, sərin suyla təmizləyin.
  • Solğun dərini canlandıran maska. 2 x.q manna sıyığı,1 çay qaşığı bal, 1 çay qaşığı yerkökü şirəsini  bir çimdik duzla qarışdırın. 15 dəqiqə üzünüzdə saxlayın. İsti süddə isladılmış tamponla maskanı üzünüzdən silin. Otaq temperaturunda olan su ilə yuyun.
  • Civzəli dəri üçün maska. 2 x.q herkulesi evkalipt həliminə əlavə edin. Elə edin ki, sıyıq vəziyyəti alınsın. 20 dəqiqə üzünüzdə saxlayın, otaq temperaturunda olan su ilə yuyun.
  • Qıcıqlandırılmış dərini sakitləşdirən maska. 1 x.q manna yarmasını  çobanyastığı çayına (1 paketi ½ stəkanına qaynar suya töküb, 20 dəqiqə saxlayın) tökün. O vaxta  kimi ki, manna yarması şişəcək. Maskanı 15 dəqiqə üz dərisində saxlayın. Ardından çobanyastığı çayıyla yuyun. 1 saat sonra otaq temperaturunda olan su ilə yuyunun.
  • Qidalandıran maska. 4 x.q manna sıyığının, 2 x.q. sürtgəcin xırda gözündən keçirilmiş kökün  üzərinə 1 çay qaşığı bal əlavə edib qarışdırın. Üz, dekolte, boyun hissəsinə sürtüb 20-25 dəqiqə saxlayın. Dərini isti suyla yuyub daha sonra buz kubuyla silmək lazımdır.
  • Nəmləndirən maska. Yulaf lopalarını isti südə tökün. Elə etmək lazımdır ki, sıyıq alınsın. Üzərinə 1 yumurta sarısı və 1 çay qaşığı bal əlavə edin. Üzə sürtüb 15 dəqiqə dəridə saxlayın. Yaşıl çayın ilıq zəif dəmləməsində isladılmış tamponla üzünüzü yuyun.
loading...
Şərh yaz