Gözəlliyin sirri və ya Xolli Berri pəhrizi

loading...

Hollivud aktrisası Xolli Berri  bir çox kişinin heyran olduğu qadındır. Qadınların əksəriyyəti onun  hətta 45 yaşından sonra da saxlamağa müvəffəq olduğu valehedici  bədən quruluşuna paxıllıq edirlər.

Bu  yaşda qamətli formanı uşaq doğumundan sonra saxlamaq çox çətindir.

Xolli Berrinin əslində qüsursuz bədəni  qidalanmanın və özünə olan nəzarətin müəyyən metodikasının nəticəsidir. “Öl, amma indi deyil “. Məhz bu şəkildə çəkilişlər üçün ulduza xüsusi menyu tərtib etmək və idman həyat tərzini aparmaq lazım oldu. Nəticədə aktrisanın pərəstişkarları onun tətbiq etdiyi pəhrizə “007”  ləqəbini verdilər.

Pəhrizlər :

Qızardılmış qidadan və şirin şirniyyatlardan tamamilə imtina etmək lazımdır. Yarımfabrikatlardan, pitzadan, piyli souslardan və alkoqoldan çəkinməlisiniz. Hollivud ulduzunun fikrincə, pivə qadın fiqurasına çox ziyan vurur. Amma təzə sıxılmış şirələr istisnadır. Aktrisa yerkökü, nar, sitrus meyvlərinə üstünlük verməyi  məsləhət görür. Arıqlama üçün xüsusilə faydalı bu üç şirədən kokteyli hesab edir : kərəviz, alma, çuğundur.

Xolli az, amma tez-tez yeyir — gündə 5 dəfə.  Aktrisa özü üçün rahat vaxt təyin edir və yalnız əgər aclıq  hiss edirsə yeyir. Qidalanmaya belə yanaşma sıx iş qrafiki ilə işləyən insanlar üçün rahat olur. Dəqiq rejimin yoxluğu düzgün seçilmiş məhsullarla kompensasiya olur. Rasion əsasında zülalli qidaları seçmək lazımdır, hansı ki, piyləri minimal miqdarı özündə saxlayır. Balıq, kəsmik v.s mütləq yağsızlaşdırılmış olmalıdır.

Səhər yeməyi və nahar üçün boşqablarda mürəkkəb karbohidratlar olmalıdır, onlarsız uzun müddət tonusda olmaq, enerjili və hərəkətli olmaq olmaz. Xolli Berrinin pəhrizində düyü, paxla daha çox yer alıb . Orqanizmə yetərli miqdarda sellüloz lazımdır, onun əsas yaradıcısı isə  tərəvəzlərdir.

Qamətli qalmağı arzu edirsiniz? O zaman boşqabınıza  ürəklə pörtlədilmiş, bişirilmiş, qaynadılmış tərəvəzlər qoyun. Balıq, quş və ya qırmızı əti yunan qabaqları ilə, istiot, yaşıl salat, pomidorlarla bəzəyin.

Gözəl fiqura, həmçinin gənc və cazibədar dəri üçün Hollivud ulduzu fındıq, günəbaxan və balqabaq tumu, kətan və zeytun yağına üstün verməyi məsləhət görür.

“007” pəhrizində yalnız təmiz su içmək tövsiyə edilir. Çay və qəhvə olar, amma şəkərsiz.

Gördüyünüz kimi, həyata keçirmək üçün qaydalar çox sadədir. Onlara riayət etməyə çalışaraq, siz özünüzü hər yeməkdə cansıxıcı kalorilərdən qurtaracaqsınız.

Əgər siz təbiətcə şirni sevənsinizsə, onda sevimli şirniyyatlarsız arıqlamaq çox çətindir. Bəzən meyvələrdən və ya giləmeyvələrdən ibarət olan təbii çərəzlərin kiçik porsiyalarını özünə rəva görün.

Daha bir əhəmiyyətli şərt — əzələləri idman tapşırıqları ilə yükləmək. Xolli Berri özü şəxsi məşqçisi ilə həftədə üç dəfə görüşür. Əzələlərin müəyyən qrupu üçün olan məşğuliyyəti seçərək çəkisini sürətlə atır.

loading...
SHARE
Şərh yaz