loading...

Dərinin qocalmasının ilk əlamətlərindən biri –göz ətrafında qırışların meydana gəlməsidir və bu yalnız daha yaşlı qadınlarda əmələ gəlmir, həm də gənc qızlarda ola bilər. Hər bir şey üzün anatomik quruluşundan asılıdır və bununla heç cür mübarizə aparmaq olmaz. Üz və ya göz ətrafında yaranan  mimik qırışlara yanlış qulluq və kosmetik vasitələr səbəb ola bilər.

Gözlər üçün əsas qulluq — gözlərin ətrafına və ya kosmetik vasitələrin çəkilməsi zamanı dərinin sərbəst masajıdır. Elastikliyin, cavanlığın və dərinin yumşaqlığının saxlanılması üçün  düzgün seçimlərdən biridə  masajdır, amma yanlış masaj – dərini dartılmış edəcək.

Mütəxəssislər masajı üç növə ayırırlar – plastik, gigiyenik və müalicəvi. Masajın istənilən növü masaj xətləri üzrə  edilməlidir. Masaj əllərin ritmli yüngül hərəkətiylə yerinə yetirilir, əsas dərini dartmamaq lazımdır. Tumarlama, vibrasiya, ovxalama, vurma, açılışma əsas masaj qəbuludur. Gözlərin ətrafında dərinin masajı üçün vurma və tumarlama tətbiq edilir.

  • Gigiyenik masaj 25-dən 35- yaşa qədər qadınlar üçün tətbiq edilir, hansılarda ki, qırışlar yaranır. Dərinin qocalması qarşısını alır və onu təravətləndirir.
  • Plastik masaj 40 yaşı tamam olan qadınlara tətbiq edilir, hansılarda ki, qırışlar görünür.
  • Müalicə masajı qadınlar üçün istifadə olunur, hansılarda ki, dəri süstdür.

Sistematik masaj gözlərə parıltı və yaxşı əhval-ruhiyyə əlavə edir. Onu müstəqil yerinə yetirmək mümkündür, amma peşəkara kömək üçün müraciət etmək daha yaxşıdır, çünki o masajı keyfiyyətlə yerinə yetirəcək. Məhz sizin dəriniz üçün masajçı uyğun kosmetikaları seçəcək. Emulsiya, otlardan ibarət olan yağ, sürüşkən krem gözlərin ətrafında dərinin masajı vaxtı istifadə olunur.

Göz dərisinin masajı

Başlanğıc üçün gözlərdən kosmetikanı təmizləmək lazımdır. Əlləri də yumaq tələb olunur.  Göz ətafında dəri çox zərif və həssas olduğu üçün hərəkətləri dəqiqliklə yerinə yetirmək lazımdır. Hər şeydən əvvəl, göz ətrafı dərini yağla, masaj üçün kremlə və ya gellə sürtmək lazımdır. Gənəgərçək və ya badam yağlarını tətbiq etmək hamısından yaxşıdır.

Hərəkətlər əsas masaj xətləri üzrə yerinə yetirilməlidir: gözün xarici küncündən daxilə doğru  – göz altı üçün; gözün daxili guşəsindən xaricə – doğru gözün yuxarı hissəsi üçün tətbiq edilir. Barmaqların uclarından istifadə edərək kremi və istifadə edəcəyimiz məhlulu göz ətrafına tətbiq edirik. Bu zaman vurma və tumarlama masaj növündən istifadə edirik. Gözlərin dəri sahəsində olan problemlərin həlli üçün sərbəst masajın müxtəlif növlərini yerinə yetirmək olar.

loading...
Şərh yaz