Gözlərinizdə qızartı varsa nə etmək lazımdır?

loading...

Əziz xanımlar! Sizlərə gözlərinizdə yaranmış qızartının səbəblərini və onların ev şəraitində müalicə metodlarını təqdim edirik.

Gözlərdə qızartının yaranma səbəbləri

Güzgüdə xəstəyə bənzər gözləri qızarmış birini görmək olduqca xoşagəlməzdir. Gözlərin qızarmasının bir çox səbəbi ola bilər. Gözlərin qızarmasının ilk səbəbi – xarici qıcıqlandırıcılardır. Qızartıya külək, tütün tüstüsü, kosmetik vasitələr, bitkilərin tozcuğu və başqa qıcıqlandırıcılar səbəb olaraq gözlərimizin vəziyyətinə təsir edir. Gözlərin qızarmasının ikinci səbəbi – uzun müddət teleproqramlara baxış, kifayət etməyən işıqlandırma vaxtı oxumaq və ya kompüter arxasında olarkən görmənin gərginliyidir. Həmçinin qırmızı gözlərin effektinin yaranmasına (meydana çıxmasına) gətirir. Stress, gərginlik, kifayət etməyən yuxudan yaranmış yorğunluq həmçinin gözlərin qızarmasının səbəblərindən biri ola bilər. Gözlərin qızarmasının daha bir səbəbi yüksəlmiş kəllə-beyin təzyiqi ola bilər ki, bu amilə də xüsusi diqqət ayırmaq lazımdır. Bundan başqa kontakt linzaların səhv istismarı da qızartıya səbəb ola bilər.

Qızarmış gözlərin müalicəsi

goz-qizartisi

Təbii ki, gözlərin müalicəsini həkimə etibar etmək daha yaxşıdır. Lakin siz ev şəraitində də bir sıra təsirli ölçü götürə bilərsiniz. Məsələn, bu halda siz nəmləndirici göz damcılarından istifadə edə bilərsiniz ki, bu zaman qızarmış gözlərin selikli qabığı nəmləndirilir, yandırma və ya qaşınma kimi xoşagəlməz hisslər azalır, həmçinin iltihabi proseslər çəkilir.

goz-dinceltmek

Ev şəraitində qızartılı gözlərin müalicəsi üçün müxtəlif kompreslər kömək edə bilər. Soyuq suda isladılmış burun dəsmalı ən sadə və əlçatan vasitə ola bilər ki, onu gözlərin üstündə 20 dəqiqəlik saxlamaq lazımdır. Örpəyə buz dilimini də qoymaq olar. Qızartılı gözləri həmçinin kartof kompresləri də yaxşı müalicə edir. Bunun üçün kiçik ölçülü kartofu yuyub təmizləyib sürtkəcdən keçirin və beş dəqiqə ərzində gözlərinizin üzərinə qoyun. Eyni təsirə xiyar dilimləri də malikdir. Bundan başqa siz adi çay paketlərindən də istifadə edə bilərsiniz. Bunun üçün sadəcə çay paketlərini 10-15 dəqiqəlik ilıq suya salmaq, sonra çıxarıb azca sıxaraq 5-7 dəqiqə ərzində bağlı gözlərin üzərinə qoymaq lazımdır. Qızartıya qarşı daha bir qədimi üsulu – bir damcı balı 1 ç.q. suda həll edib gün ərzində 3 dəfə gözlərə damcılatmaqdır.

 

loading...
Şərh yaz