Güllərin solmaması üçün…

loading...

Bayramlardan sonra xanımlar üçün aktual mövzulardan biri hədiyyə olunan güllərin solmamasıdır. Bəs, bunun üçün nə etməli?

Sizə hədiyyə olunan güllərin gec solmasını istəyirsinizsə, mütəxəssis məsləhətlərinə əməl edin:
Gülləri suya qoymamışdan əvvəl bütün yarpaqlarını kəsin;
Güllə dolu güldanı nə çox isti, nə çox soyuq, nə çox işıqlı, nə çox qaranlıq otaqda saxlamayın;
Onların suyunu gündə iki dəfə dəyişin;
Güllərin suyunu dəyişəndə qönçənin özünə su dəyməməsinə diqqət edin, bu onları tez solduracaq;
Son olaraq: Suya qənd, spirt kimi şeylər qatmayın, çünki güllərə təmiz sudan başqa heç nə lazım deyil.

loading...
Şərh yaz