Gülümsəməyi öyrənək

loading...

Gözəl təbəssüm insana həm şəxsi həyatda, həm də ki, işgüzar məsələlərin həllində kömək edə bilər. Qeyd etmək lazımdır ki, gülümsəyən dodaqların gözəlliyi və cazibədarlığı bilavasitə simmetriya anlayışı ilə əlaqədədir ki, bəzən buna nail olmaq çox çətin olur. Adətən insanlar mimikaya və əzələlərin işinə diqqət etmir və nəticədə dodaqlar assimetrik yerləşər, təbəssüm əyri və qeyri-təbii alınır.

Sizə xüsusi tapşırıqların köməyi ilə gülümsəməyi öyrənmək üçün bəzi məsləhətlər təqdim edirik.
“Tapşırıq” sözü sizə qəribə görünə bilər, çünki bu halda siz artıq süni təbəssüm təsəvvür edəcəksiniz. Lakin narahat olmağa ehtiyac yoxdur. Sadəcə kameraya gülümsəyən aktyorları, müğənniləri, modelləri xatırlayıb onların çəkiliş və ya fotosessiya zamanı yaratdıqları obraz haqqında düşünün. Ulduzlar xüsusi cazibədar obraz yaratmaq üçün daim məşq edirlər və eyni zamanda onlar tamamilə təbii görünürlər.

  1. Gözəl gülümsəməyi öyrənmək üçün, ilk olaraq güzgü arxasında məşq etmək lazımdır. Bir qayda olaraq, əgər təbəssümdə dodaqlar və ağız əyilirsə, bu dərhal gözə çarpır. Təbii ki, bunu düzəltmək üçün çox səy göstərmək lazımdır.
  2. Güzgüyə baxaraq gözəl ideal təbəssüm variantını seçin və üz əzələlərini belə vəziyyətdə saxlamağa çalışın. Sonra barmaqlarınızla dodaqlarınızın kənarlarını azca basıb 7 saniyə ərzində saxlayın, sonra buraxın. Bu tapşırığı ardıcıl olaraq beş dəfə etmək lazımdır. Sadəcə tapşırıq zamanı diqqət etmək lazımdır ki, təbəssümünüz gözəl qalsın.
  3. Növbəti tapşırıq zamanı dodağınızda gözəl təbəssüm saxlayaraq gözlərinizi 30 saniyəlik yumun. Vaxt bitdikdən sonra təbəssümünüzün gözəl qalıb-qalmamasına diqqət edin.

Gözəl təbəssümün əsasları

Gülüşün əsası onun təbii və səmimi olmasındadır. Əgər əhval-ruhiyyəniz pozitiv deyilsə, bu zaman hətta dodaqlarınızın mükəmməl vəziyyəti belə gülüşünüzü gözəl etməyəcək. Buna görə yaxşı əhval-ruhiyyə də tam səmimi və təbii obraz yaratmaq üçün əsas məqamdır.

Qeyd olunmuş tapşırıqların yaxşı nəticə verməsi üçün, onları yerinə yetirərək həyatınızın ən yaxşı və sevincli anları haqqında düşünün. Məsələn, bu işdən alınmış böyük pul mükafatı və ya sizə əziz insanın isti münasibəti, uşağınızın gülüşü və s. ola bilər. Belə emosiyalar insana səmimi gözəl təbəssüm bəxş edir.

Bundan başqa gözəl gülümsəməyi öyrənmək üçün bunu olduqca tez-tez təkrarlamaq lazımdır. Əgər siz hələ də özünüzə əmin deyilsinizsə, bu halda evdə olduqda və ya sizi heç kəs görmədikdə gülümsəyin. Tədricən siz tamamilə zərif, gözəl və təbii gülüşə sahib ola biləcəksiniz.

loading...
Şərh yaz