Günün ulduz falı (03.09.2014)

loading...

QOÇ – Qarşılıqlı münasibətlərdə yaranan anlaşılmazlıqları bir kənara qoyub aktiv fəaliyyətə başlayın. Hər hansı mübahisə və konflikt yalnız zərərinizə ola bilər. Uzaq yola çıxmayın.

BUĞA – İstəyib-istəməmənizdən asılı olmayaraq bu təqvimdə işgüzarlığınız artacaq. Bu baxımdan iş prinsipinizdə bir çox yeniliklər nəzərə çarpacaq. Cəhd göstərsəniz, pul da qazanacaqsınız.

ƏKİZLƏR – Sentyabra böyük ümidlər bəslədiyiniz bəllidir. Amma bu ümidlərə qovuşmaq üçün cəhdlər də etməlisiniz. Özünüzə aludə olmaqdansa müştərək işlərə daha çox yer ayırın. Ruhdan düşməyin.

XƏRÇƏNG – Təxminən saat 12-yə qədər gərgin situasiyalarla rastlaşacağınız gözlənilir. Ələlxüsus da həmkarlarınızla təmkinli davranmalısınız. Nahardan sonra isə xoş ovqat qazanacaqsınız.

ŞİR – Təzə ayın təəssüratlarını, payız əhval-ruhiyyəsini bir kənara qoyun. Çünki qarşınızda duran çoxsaylı vəzifələrin öhdəsindən gəlməyiniz lazımdır. Bu gün oturaq işlərdən uzaq olmalısınız.

QIZ – Hələ ki, sentyabrın gəlişi sizə xoş ovqat bəxş etməkdədir. Başqa cür də ola bilməz. Çünki indi “hakimiyyətdə” sizin bürcdür. Günorta yeni işlə bağlı sövdələşmə aparmaq olar.

TƏRƏZİ – Fəaliyyətinizdə müəyyən passivlik müşahidə olunacaq. Odur ki, gücünüz çatmayan işlərdən yapışmamalısınız. Nahardan sonra yaxın ünvanda yaşayan yaxınlarınıza baş çəkin.

ƏQRƏB – Məsləhətsiz hansısa addımı atmayın. Unutmayın ki, indi həyatınızın ən keşməkeşli dövrünü yaşamaqdasınız. Özünüzü itirməyin. Günün ikinci yarısında maraqlı hadisələr olacaq.

OXATAN – Hər şey çıxardığınız qərarlardan asılıdır. Bədxislətli şəxslərin atmacalarına vaxt itirməkdənsə, mötəbər adamlarla işbirliyi yaradın. Unutmayın ki, karyeranız yüksəliş ərəfəsindədir.

OĞLAQ – Daxili narahatçılığınız tədricən səngiməyə başlayacaq. Üzləşdiyiniz proseslər sevincinizə səbəb olacaq. Ulduzlar təvəqqe edir ki, ağıllı adamların məsləhətlərini qulaqardına vurmayasınız.

SUTÖKƏN – İş və fəaliyyətlə bağlı olduqca düşərli gündür. Odur ki, əsas diqqətinizi bu istiqamətə yönəltməlisiniz. Münasibətlərdə isə ehtiyatlı olun. Böyük dəyişikliklər astanasındasınız.

BALIQLAR – Adətən sentyabrın bu təqvimi sizin üçün həmişə böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də qarşınıza çıxan hər bir şansdan yararlanmalısınız. Sirlərinizi hər kəsə açmayın.

loading...
Şərh yaz