Günün ulduz falı (04.03.2015)

loading...

QOÇ – Maddi durumunuzu yaxşılaşdırmaq üçün geniş imkanlarınız var. Təxminən saat 12-dən etibarən bu yönümdə əzmkarlığınızı artırmalısınız. Bu gün başqalarının rəyini ciddi qəbul etməyin.

BUĞA – Potensial enerjinizin zəifləməsi fəaliyyətinizin passivləşməsinə rəvac verir. Buna baxmayaraq, bürcünüzə xas olmayan mistikaya meyl etməməlisiniz. Kənardan dəstək əldə etməyə çalışın.

ƏKİZLƏR – Köməyə böyük ehtiyacınız olduğunu görən Göy qübbəsi xidmətinizdə duracaq. Belə ki, nahardan sonra etibar etdiyiniz adamlardan dəstək alacaqsınız. Onları aramaqla məşğul olun.

XƏRÇƏNG – Ümumi gərginliyi nəzərə alıb gün ərzində ehtiyatlı taktikalardan istifadə etməlisiniz. Hər hansı mübahisə və hiyləgərlik müsbət nəticə verməyəcək. Riskli işlərdən uzaq olun.

ŞİR – Ulduzlar gün ərzində külli-ixtiyarı özünüzə verəcək. Bu səbəbdən də atdığınız addımlara, verdiyiniz qərarlara diqqət yetirməlisiniz. Nahardan sonra maraqlı hadisələrin şahidi olacaqsınız.

QIZ – Fəaliyyət göstərdiyiniz yerlərdə iş yoldaşlarınızla münasibətləri yaxşılaşdırın. Kiminsə yersiz atmacalarına əhəmiyyət verməyin. Saat 13-dən sonra daxili süstlüyünüz səngiyəcək.

TƏRƏZİ – Məhəbbət və nifrət! Gün ərzində bu iki amildən maksimum istifadə edəcəyiniz gözlənilir. Amma yaxşını kimə, pisi kimə yönəldəcəyinizi özünüz təyin edin. Səhhətinizə də fikir verin.

ƏQRƏB – Yeni işgüzar əlaqələrə başlamaq üçün uğurlu ərəfədir. Amma aldanma ehtimalınızın olacağını göz önünə gətirib ehtiyatı da əldən verməməlisiniz. İşdə məsuliyyətinizi hiss edin.

OXATAN – Özünüzdən böyüklərin və nə vaxtsa sizə yaxşılıq edənlərin üzünə ağ olmayın. Unutmayın ki, atalar “su gələn arxa bir də gələr” deyib. İkili düşüncələrdən xilas olmağa çalışın.

OĞLAQ – Səhhətiniz qaydasında olduğuna tam əminsinizsə, ən ciddi işlərin həllinə başlamağa dəyər. Saat 17-yə qədər böyük perspektivdən xəbər verən sövdələşmələrdə iştirakınız labüddür.

SUTÖKƏN – İxtiyarınızda olan bu təqvimdə əsasən emosiyalarınızı buxovlamalı, qeyri-ciddi işlərinizi təxirə salmalısınız. Ümumiyyətlə, ətrafda hər şeyin sabit olması üçün əzmkarlıq göstərməlisiniz.

BALIQLAR – Özünüzü aparıcı şəxs kimi təqdim etməyin. Yoxsa ətrafdakıların ikrahını qazana bilərsiniz. Hər halda, obyektiv fikirlərə də qiymət verməlisiniz. Riskli qərarlardan yayının.

loading...
Şərh yaz