Günün ulduz falı (05.12.2014)

loading...

Qoç – hadisələrin mərkəzində olun. Mühüm məsələlərin həllində iştirak edin, informasiya kanallarını genişləndirin. Məşğul olduğunuz layihəni və ya işi inkişaf etdirin. Cari məsələni həll etmək üçün əlavə əlaqələr və resursları cəlb edin.
Günün ikinci yarısı maddi baxımdan əlverişlidir. Gözlədiyiniz sonuc tezliklə əldə olunmasa da, gələcəkdəki uğurun əsasını qoyursunuz.
Önəm verdiyiniz insanların sözlərinə qulaq asın. Ehtiyac yaranarsa, təklif edilən yardımdan istifadə edin. Sizi sonradan dəyişikliklərə səbəb ola biləcək xoş sürprizlər gözləyir.
Axşam saatlarında istirahət edin, əylənin. İntuisiyanız sizə dərhal nəyisə etməyin gərəkdiyini deyirsə, imkanı əldən verməyin.

Buğa – başladığınız işlərdə uğur və irəliləyişlər vəd edən gündür. Qətiyyət və intizam çətinlikləri dəf etməkdə yardımçınız olacaq. Tənbəllik etməyin, mühüm işləri başqalarına həvalə etməyin. Aktual məsələlərin həllini təxirə salmayın.
Bütün bunlar bədxahlarda paxıllıq yaradacaq nəticələr əldə etməyə imkan verəcək. Gərəksiz riskə varmayın. Sınanmış metodlardan istifadə etsəniz, itki verməyəcəksiniz.
Günün ikinci yarısı yaxınlarınızla səmimi söhbətlər, sizi narahat edən problemlər, mübahisəli məsələlərin müzakirəsi üçün yaxşıdır. Kompromis əldə ediləcək.
Axşam saatlarında aktiv istirahəti seçin.

Əkizlər – günün ilk yarısında çətinlik çəkəcəksiniz. Formalaşmış situasiyanı dəyərləndirmək, yaxın ətrafınızdakı insanların davranış və motivasiyalarını anlamaq asan deyil.
Yaranan perspektivlər cazibədar təsir bağışlasalar da, sizi narahat edən məqamlar var. Sonradan yol verilən səhvlərin pərişanlıq yaratmaması üçün intuisiyanızın sizə verdiyi işarələrə fikir verin.
Tənbəllik etməyin, ətalətli davranmayın. Məqsədə çatmağınız bu gün əzm və qətiyyətinizdən, işgüzarlığınızdan asılıdır.
Zərərli vərdişlərdən birini unudun.
Günün ikinci yarısı xeyli yaxşı keçəcək. Konstruktiv olun, əvvəllər çəkindiyiniz sədləri dəf etməyə çalışın. Yaşamınızda əhəmiyyətli rol oynayan insanla görüş yaxşı keçəcək.
İşgüzar və şəxsi münasibətlərdə irəliləyişlər olacaq.

Xərçəng – görüş, toplantı, danışıqlar üçün yaxşı vaxtdır. Maliyyə məsələlərinə xüsusi diqqət ayırın. Anlaşma və sövdələşmə, xərclərlə gəlirlərin planlaşdırılması üçün əlverişli zamandır.
Həvəssiz işləməyin.
Status-kvonu qorumaq üçün kimisə öz fəaliyyət planınıza riayətə vadar etməyin.
Evdə təmir işlərinə başlamaq olar.
Ailə üzvləriniz və yaxınlarınızın qeydinə qalın. Onlar sizdən diqqət gözləyirlər

Şir – yaxın ətrafınızdakı insanlarla ədalətli və şəffaf münasibətlərə nail olmaq istəyirsinizsə, aqressiv davranmayın. Psixoloji təsir və inandırmağa cəhdlər daha effektivdir. Kimsəni nəyəsə məcbur etməyin.
Günün ikinci yarısı yeni işə başlamaq üçün münasib zamandır.
Ailə üzvlərinə yardım edin, onların işlərinin bir qismini görün. Belə qayğıkeşliyin müqabilində xoş sözlər eşidəcəksiniz.
Axşam saatları romantik hisslər vəd edir.

Qız – dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir.
İşdə həmkarlarınızla normal davranın. Situasiyaya total nəzarət xülyalarını unudun.
Günün ikinci yarısı kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz, hər şey yaxşı olacaq.
Axşam saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Onlara azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar aktivliyin azalması hissləri olacaq. Bir qədər dincəlin.

Tərəzi – işdə rəhbərliyin yanında özünüzü həddən ziyadə ağıllı göstərməyə çalışmayın. Çox danışmayın, gəvəzəlik etməyin. Anlaşma, müqavilə, müzakirələr üçün əlverişli deyil. Maliyyə əməliyyatlarını təxirə salın, yeni layihəyə başlamayın.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlara bel bağlamayın. Səfərdə ənənəvi marşrutu seçin. Hansısa problemin həlli prosesində əleyhinizə olan qərar verilə bilər.
Axşam saatlarına yaxın ailə üzvlərindən biri ilə bağlı əndişə yarana bilər. Önəm verdiyiniz insanların yanında olun.

Əqrəb – konkret layihədəki zəhmət və səylərinizdən asılı olaraq uğuru proqnozlaşdıra bilərsiniz. Bu gün ən böyük rəqib və düşməniniz tənbəllikdir. Qərarları qəbul edəndə cəsarətli olun. Yaşam mövqeyinizi aktivləşdirin.
Günün ikinci yarısında rəsmi tədbirə qatılmaya da bilərsiniz. Səfərdə yeni marşrut seçin.
Səbrli və soyuqqanlı olsanız, yaxınlarınızla münasibətlər rəvanlıq çərçivəsindən çıxmayacaq. Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Oxatan – günün ilk yarısı yeni layihələrə başlamaq üçün əlverişli deyil. Yarımçıq işləri başa vurun. Diqqətli olun. Sonradan ağır fəsadlara səbəb olacaq səhvlərə yol verməyin. Pozitiv olun, istənilən situasiyadan yararlanmağa can atın.
Günün ikinci yarısında ertələnmiş işlər barədə düşünməyə dəyər. Romantik hisslərə qapılmayın. Evdə və işdə olmağınız önəmli deyil – əsas məsələ təfərrüatları nəzərdən qaçırmamaqdır. Axşam saatlarını dəyər verdiyiniz insana həsr edin.

Oğlaq – yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırmaq üçün əla zamandır. Yeni kollektivdə çalışmağa başlamaq, iş yeri və ya fəaliyyət istiqamətini dəyişmək barədə düşünmək olar. Adaptasiya, uyğunlaşma və yeni biliklər əxz etmək üçün əlverişli zamandır.
Günün ikinci yarısında münasibətləri ciddi şəkildə saf-çürük etməyin. Sevdiyiniz insanın emosional davranışı sizi olayları məntiqlə dəyərləndirmək imkanlarından məhrum etməməlidir.
Təmaslara dəyər verin. Axşam saatları romantik görüş üçün düşərlidir.

Dolça – günün ilk yarısında gərəkli zamanda gərəkli yerdə olmağı bacarın. Situasiya ümumən pozitiv olsa da, gecikmə və ya huşsuzluq önəmli məsələnin həllində problemlər yarada bilər. Başlıca məsələ təlaşa qapılmamaq, natamamlıq kompleksinə tutulmamaqdır.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsində yeni zirvələr fəth etməyə çalışın.
Ailədəki vəziyyət həddən ziyadə gərginləşərsə, duruma nəzarət edin. Ayrılma ilə bitə biləcək münaqişənin qarşısını alın. Münasibətləri normallaşdırın. Sevdiyiniz insanın kiçik nöqsanlarını şişirtməyin.

Balıqlar – kollektiv fəaliyyət üçün əlverişli zamandır. Müxtəlif tədbirlərin hazırlanması, yeni planların əsasının qoyulması üçün yaranmış şanslardan istifadə edin.
Cari məsələlərin həllində əhəmiyyətli irəliləyişə nail olmaq üçün yeni ideyalar faydalı ola bilər.
Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür.
Günün ikinci yarısı yeni əlaqələr və faydalı tanışlıqlar dövrüdür. Ünsiyyət, danışıqlar və yazışmanın xüsusi əhəmiyyəti var. Dostlarınızla tanışlarınız sizi yeni məlumatlarla təmin edəcəklər.
Axşam saatları dostlarla təmaslar və birgə istirahət üçün əlverişlidir.

loading...
Şərh yaz