Günün ulduz falı (07.08.2014)

astrologiya
loading...

QOÇ – Gələcək həyatınızda önəmli dəyişikliklər etmək istəyirsinizsə, bu gündən maksimum bəhrələnin. Aldığınız təklifləri dönə-dönə götür-qoy edin. Saat 18-20 arası yeniliklər gözlənilir.

BUĞA – Olduqca rəvan gündür. Ulduzlar müdafiənizdə durduğundan qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdıracaqsınız. Şəxsi büdcənizdə müəyyən artımlar da gözlənilir.

ƏKİZLƏR – Bu gün uğur əldə etmək istəyirsinizsə, risk etməkdən qorxmayın. Bir də çalışın ki, hədəfiniz sağlam olsun. Neçə vaxtdan bəri davam edən maliyyə problemləriniz də aradan qalxmalıdır.

XƏRÇƏNG – Bütün gücünüzü ortaya qoyub məqsədlərinizi reallaşdırın. Kiminsə köməyinə tam ümidlə bel bağlamayın. Belə həssas məqamlarda mənasız dedi-qoduya vaxt ayırmayın.

ŞİR – Hər şeydən əvvəl haqqınızı qorumalısınız. Bu vaxta qədər keçdiyiniz yoldan, xüsusən də buraxdığınız səhvlərdən nəticə çaxarın. Yaxın 5 gündə bu analizlərin həyatınızı dəyişəcəyinə inanın.

QIZ – Maraqlı simalarla rastlaşma ehtimalınız böyükdür. Bu isə öz-özlüyündə planlarınızın sürətli inkişafında əhəmiyyətli rol oynayacaq. Əgər işlə bağlı məşğul deyilsinizsə, axşam mütləq qonaq gedin.

TƏRƏZİ – Büdcənizi artırmaq üçün geniş imkanlarınız var. Boş-boşuna vaxt itirməyə çalışmayın. Pul qoxusu gələn istənilən ünvana və şəxsə müraciət edin. Qeybətcil adamlardan uzaq olun.

ƏQRƏB – Gün ərzində daha çox sağlıq durumunuzu nəzarətdə saxlayın. Özünüzü iqlimin şıltaqlığına hazır tutun. Bunu bacardığınız təqdirdə hər hansı problem çıxmayacaq. Bu gün yeni əlaqələr uğur vəd edir.

OXATAN – Ailə-sevgi münasibətlərində bir qədər anlaşılmazlıqlar mümkündür. Çalışın ki, bu amil mübahisə həddinə çatmasın. Səhvlərinizi etiraf etməyi bacarın. Bunun sizə yalnız xeyri dəyə bilər.

OĞLAQ – Gündəlik ünsiyyətdə olduğunuz hər kəslə davranışlarınıza fikir verin. Özünüzü mehriban aparın. Bacarıqsız adamlarla münasibətləri zəiflədin. Varlanmaq üçün imkan qazanacaqsınız.

SUTÖKƏN – Ailə üzvlərinizlə müəyyən xoşagəlməzliklər gözlənilsə də, bu, yalnız günün birinci yarısını əhatə edəcək. Nahardan sonra isə xoş təsadüflərlə rastlaşacaqsınız. Axşam qonaq gedin.

BALIQLAR – Ziddiyyətli bir gün yaşayacağınız gözlənilir. Ulduzlar sizə qarşı bir neçə istiqamətdən təzyiqlər olacağını, həmçinin perspektivli təkliflər alacağınızı bildirir. Bunların ən yaxşısını seçin.

loading...
Şərh yaz