Günün ulduz falı (08.08.2014)

loading...

QOÇ – Görəcəyiniz işlər barədə hər kəsə məlumat verməyin. Əks təqdirdə bu amil özünüzə qarşı silaha çevriləcək. Yalnız ədalətli addımlar atın. Təcrübəli insanların məsləhətini eşidin.

BUĞA – Yaxşı olar ki, bu təqvimdə hər hansı riskə getməyəsiniz. Onsuz da bunun müsbət nəticəsi olmayacaq. Kənar məsləhətlərə qulaq asın. Vaxtınız olsa, qohumlarınıza baş çəkin.

ƏKİZLƏR – Ümumi çalarlarına görə kifayət qədər uğurlu təqvimdir. Bir tərəfdən sevindirici xəbərlər eşitməyiniz, digər tərəfdənsə şəxsi büdcənizdə müəyyən artımlar ovqatınızı xoş edəcək.

XƏRÇƏNG – Yaxşı olar ki, tərəddüd etdiyiniz bütün planları təxirə salasınız. Çünki ulduzlar əmin olmadığınız məsələlərə baş vurmağı məsləhət görmür. Əsas vaxtınızı fəaliyyətə yönəldin.

ŞİR – Günün birinci yarısı müəyyən qədər gərgin keçə bilər. Sonrakı müddətdə isə qarşınıza qoyduğunuz məsələlərdə bəxtiniz gətirəcək. Qazanmaq və qonaq getmək üçün də münasib vaxtdır.

QIZ – Öhdənizə düşən işlərin çoxluğu sizi yora bilər. Bu səbəbdən qarşınızda duran vəzifələri konkretləşdirməlisiniz. Havaların dəyişkənliyi səhhətinizə mənfi təsir göstərməsin deyə, qorunun.

TƏRƏZİ – Bəxtinizdə mübahisəli bir gün dursa da, büdcənizi artırmaq üçün gözəl imkanlar qazanacaqsınız. İradənizə zidd addımlar atmayın. Hansısa məqsədinizə tərs olmaqla yetişməyə çalışmayın.

ƏQRƏB – Ürəyinizə yaxın olan adamlarla rastlaşacağınıza şübhə etməyin. Eyni zamanda buna özünüz də cəhd edin. Əmin olun ki, bu, rahatlığınızı təmin edəcək. Kasıbçılığı dərd kimi qavramayın.

OXATAN – Avqustun ən uğurlu günlərindən birini yaşayacaqsınız. Perspektivli sövdələşmələrdə iştirak etmək üçün olduqca ideal vaxtdır. Axşama yaxın təzə xəbərlər eşitmək ehtimalınız da var.

OĞLAQ – Fəaliyyətlə bağlı ciddi problemlərlə rastlaşa bilərsiniz. Bu səbəbdən məsləhət görülməyən adamlarla ciddi müzakirələrə girişməyin. Nəzərə alın ki, səhər saat 09:58-dən sonra Ay bürcünüzə daxil olur.

SUTÖKƏN – Ürəyiniz istəməyən adamlarla ünsiyyətdən uzaqlaşın. Əgər müsahibiniz sizi başa düşmürsə, özünüzü yormağa nə lüzum?! Nahardan sonra işgüzar sövdələşmələrdə iştirak edin.

BALIQLAR – Yorulmaq bilmədən çalışmalısınız. Çünki indiki dar məqamda hər şey çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Ulduzlar şəxsi həyatınızda böyük dönüşün yaxınlaşdığını göstərir.

loading...
Şərh yaz